III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna hərbi şevronlarını təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə videonu deputat Aleksey Qonçarenko özünün Teleqram kanalında yayımlayıb.
O, Əliyevin ukraynalıların təslim olmaması ilə bağlı “çox sərt” bəyanat verdiyini də qeyd edib:
"Dünən Yelena Azərbaycan prezidentinə Ukrayna hərbi şevronlarını hədiyyə edib. Azərbaycan prezidenti ona təşəkkür edib və Ukraynaya "işğalla barışmayın" deyib. İşarə aydındır", - Qonçarenko yazıb.
Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb. (Teleqraf.az)
Bizim.Media