Hikmət Hacıyev: “Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin hədəfi olub”

“Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib.

“Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.

Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi”,-deyə H.Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir:

“Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək”.

Prezidentinin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib:
 

“İlk Azərbaycan qəzetini “Əkinçi”nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, “Əkinçi”də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.


Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan bir ay sonra Pezeşkiana başsağlığı verdi

Paşinyan bir ay sonra Pezeşkiana başsağlığı verdi

Ukraynadakı müharibə artıq britaniyalıların vecinə deyil - Boris Conson

Ukraynadakı müharibə artıq britaniyalıların vecinə deyil - Boris Conson

ŞOK: Çin öz silah-sursatlarını bu üsulla Rusiyaya göndərəcək

ŞOK: Çin öz silah-sursatlarını bu üsulla Rusiyaya göndərəcək

KXDR Rusiyada iqtisadi mövcudluğunu sürətlə artırır

KXDR Rusiyada iqtisadi mövcudluğunu sürətlə artırır

İsrail ordusu Qəzzada HƏMAS rəsmisini ÖLDÜRDÜ

İsrail ordusu Qəzzada HƏMAS rəsmisini ÖLDÜRDÜ

Polşada gürcülərə qarşı “ov” başladı

Polşada gürcülərə qarşı “ov” başladı

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı

Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı

Azərbaycanda müəllimləri sevindirəcək XƏBƏR - VİDEO

Azərbaycanda müəllimləri sevindirəcək XƏBƏR - VİDEO

Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Novxanıda dənizdə batanlar məktəbli imiş

Novxanıda dənizdə batanlar məktəbli imiş

III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi - FOTO

III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi - FOTO

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Tramp və Melaniya özlərini yeni evlənənlər kimi aparır - FOTO

Tramp və Melaniya özlərini yeni evlənənlər kimi aparır - FOTO

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

İstirahət zonalarında polis xidmətləri gücləndirildi - FOTO

İstirahət zonalarında polis xidmətləri gücləndirildi - FOTO

“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur rusiyalı müğənni axtarışa verildi

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

Rəqsanə: “Boşanmamışam, ərim yanımdadır” - VİDEO

Rəqsanə: “Boşanmamışam, ərim yanımdadır” - VİDEO

“Qalatasaray” Osimhenin transferini tamamladı

“Qalatasaray” Osimhenin transferini tamamladı

End of content

No more pages to load

RADİO