Ukrayna mediası İlham Əliyevin Xankəndidəki çıxışına geniş yer ayırıb

Ukrayna mediası iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışını, jurnalistlərin suallarına cavabını geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və Ukraynanın digər media orqanlarında Azərbaycanın dövlət başçısının fikirləri dərc edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI


Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulmasına dair fikirləri yer alıb.

Dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan 7 aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir.

Məqalələrdə yazılır ki, Prezident İlham Əliyev Malayziya “Boeing”inin qəzaya uğraması ilə bağlı araşdırmanın 10 ildən artıq davam etdiyini də xatırladıb. Azərbaycan da nə qədər lazımdırsa, gözləməyə hazırdır. Azərbaycan təqsirin etiraf edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, həlak olanların ailələrinə təzminat ödənilməsini və AZAL-a dəymiş ziyanın ödənilməsini tələb edir.

Ukrayna mediası, həmçinin Azərbaycanın işğalda olan ərazilərinin müharibə yolu ilə azad edilməsinə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair fikirlərinə yer ayırarkən yazıblar ki, Prezident İlham Əliyev Ukraynaya heç vaxt işğalla razılaşmamağı məsləhət görüb.

“İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq.

Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla yazılır.

Məqalələrdə dövlətimizin başçısının birinci Qarabağ müharibəsi dövrünün Azərbaycan üçün çox ağır, faciəli və çoxsaylı qurbanların olduğuna dair fikirləri də qeyd edilib.

“Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.

Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi.


... Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi.

...Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq”, - deyə Ukrayna mediası Azərbaycan Prezidentinin fikirlərinə istinadla yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri Maskın adamını vəzifəsindən çıxartdı

Pentaqon rəhbəri Maskın adamını vəzifəsindən çıxartdı

Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında

Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında

Paşinyan bir ay sonra Pezeşkiana başsağlığı verdi

Paşinyan bir ay sonra Pezeşkiana başsağlığı verdi

Ukraynadakı müharibə artıq britaniyalıların vecinə deyil - Boris Conson

Ukraynadakı müharibə artıq britaniyalıların vecinə deyil - Boris Conson

ŞOK: Çin öz silah-sursatlarını bu üsulla Rusiyaya göndərəcək

ŞOK: Çin öz silah-sursatlarını bu üsulla Rusiyaya göndərəcək

KXDR Rusiyada iqtisadi mövcudluğunu sürətlə artırır

KXDR Rusiyada iqtisadi mövcudluğunu sürətlə artırır

İsrail ordusu Qəzzada HƏMAS rəsmisini ÖLDÜRDÜ

İsrail ordusu Qəzzada HƏMAS rəsmisini ÖLDÜRDÜ

Polşada gürcülərə qarşı “ov” başladı

Polşada gürcülərə qarşı “ov” başladı

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı

Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı

Azərbaycanda müəllimləri sevindirəcək XƏBƏR - VİDEO

Azərbaycanda müəllimləri sevindirəcək XƏBƏR - VİDEO

Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Novxanıda dənizdə batanlar məktəbli imiş

Novxanıda dənizdə batanlar məktəbli imiş

III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi - FOTO

III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi - FOTO

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Tramp və Melaniya özlərini yeni evlənənlər kimi aparır - FOTO

Tramp və Melaniya özlərini yeni evlənənlər kimi aparır - FOTO

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

İstirahət zonalarında polis xidmətləri gücləndirildi - FOTO

İstirahət zonalarında polis xidmətləri gücləndirildi - FOTO

“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur rusiyalı müğənni axtarışa verildi

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

End of content

No more pages to load

RADİO