“Vətən müharibəsinə qədər ərazilərimizin işğal altında qaldığı müddətdə mən artıq 17 il idi ki, Prezident idim. Və əgər imkan olmasaydı, biz daha 17 il gözləməli olacaqdıq. Bu məsələ mənimlə bağlı deyil. Məsələ fərdlərdə, iddialarda deyil. Məsələ ondadır ki, belə hallarda bizdən əvvəlki və bizdən sonrakı nəsillər qarşısında məsuliyyətini duymalısan”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
“Mən bilsəydim ki, əraziləri azad etmək mümkün olmayacaq, biz yenə 17 il, ondan sonra yenə 17 il gözləməli idik.
Və artıq mən olmayacaqdım, digər şəxslər olacaqdı. Bu, bir o qədər əhəmiyyətli deyil. Mən mənəvi olaraq hazır idim ki, kimsə bunu edəcək. Bilirdim ki, mən bunu etməsəm, kimsə bunu edə bilməyəcək. Başa düşürdüm ki, mən bunu etməsəm, bəlkə də kimsə bunu etməyəcək”.
Bizim.Media