"Mən süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər və mənə də bəzən bu barədə məlumat verirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı süni intellektdən istifadə ilə bağlı sualı cavablayarkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI
Dövlətimizin başçısı qeyd edib ki, gələcəkdə süni intellektdən istifadə edə bilər:
“Yəqin ki, nə vaxtsa mən də bundan istifadə edəcəm. Çünki süni intellektin inkişafı o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq".
Bizim.Media