“Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq. Hadisədən yeddi ay keçməsinə baxmayaraq, heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI
Dövlət başçısı bildirib ki, bizim tələbimiz təbii idi:
“Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”.
Bizim.Media