“Ukrayna işğalla barışmamalıdır. Biz sırf bunu etmişik. Bu, bizim etdiyimiz addım idi. Mən 2003-cü ilin sonundan etibarən danışıqlar prosesində iştirak etmişəm”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun “Müharibə dövründə olan Ukraynaya və Ukrayna xalqına nə məsləhət görərdiniz?” sualına cavabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI
Dövlətimizin başçısı qeyd edib ki, 17 il ərzində çox sayda təkliflər, çoxlu görüşlər olub:
“Çoxlu mesajlar verilib ki, mövcud reallıqlarla barışmaq lazımdır”.
Bizim.Media