“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Özbəkistanlı qonaq dövlətimizin başçısına “Əfsuslar olsun ki, Heydər Əliyev bugünkü Qarabağı görə bilmədi. Baxmayaraq ki, o, ağır yol keçdi. Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezident İlham Əliyev belə cavab verib:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI
“Atamın mənə hansı sözləri söyləyəcəyini dəqiq deyə bilmərəm. Bu, ritorik bir sualdır və bu barədə sadəcə düşünə bilərəm.
Bəli, atam yurdundan qovulmuş insanların qayıtmasını görmədi. Bunu görsəydi, bu, mənimçün böyük şərəf və fəxarət hissi olardı. Mən bu fəxarət hissi ilə son 5 il ərzində yaşamışam. Və bu fəxarət hissi ilə Azərbaycan xalqı bundan sonra da yaşayacaq”.
Bizim.Media