“The Financial Times” və “The Washington Post” nəşrləri bir müddət öncə diqqətləri cəlb edən məlumat yaymışdı.
Nəşr qeyd edirdi ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə iyulun 4-də apardığı telefon danışığında Kiyevin Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya hücum etmə imkanlarını müzakirə edib.
Bizim.Media xəbər verir ki, yayılan bu xəbərdən sonra rusiyalı siyasətçilər və politoloqlar da Avropa şəhərlərini, xüsusən paytaxtların bobalanması ssenarisinə Rusiyanın hazır olduğunu bildirirdilər.
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna elə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib.
O, bildirib ki, mövzu ilə bağlı rəsmi Vaşinqtondan dəqiq cavab alıblar.
“Vaşinqtondan Donald Trampın bunu demədiyi ilə bağlı izahat var”, - deyə D.Peskov bildirib.
Tehran Orucoğlu, Bizim.Media