QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Bizim.Media xəbər verir ki, səfiri səmimi salamlayan şeyxülislam iki dost ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, dövlət başçılarının - Prezident İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə vacib rolunu qeyd edib. Şeyxülislam ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Şeyxülislam Allahşükür Paşazadə müxtəlif sahələrdə, o cümlədən dini sahədə əlaqələrin davamlı inkişafının vacibliyini söyləyib. QMİ sədri builki Həcc mövsümündə Azərbaycandan olan zəvvarlara göstərilən xoş münasibət üçün Krallığın Həcc və Ümrə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırmağı diplomatdan xahiş edib.

Səfir növbəti dəfə görüş imkanı yaratdığı üçün şeyxülislama minnətdarlığını bildirib. Başa çatan Həcc mövsümündə Səudiyyə Ərəbistanını bir milyon yeddi yüz mindən çox zəvvarın ziyarət etdiyini deyən diplomat Allah qonaqlarının təhlükəsizliyi və rahatlığı üçün ölkəsinin həyata keçirdiyi işlər barədə məlumat verib. Diplomatın sözlərinə görə, Həcc mövsümündə 200-ə yaxın dövlətlə daim təmasda olan Həcc və Ümrə Nazirliyi Azərbaycan həcc missiyasının işini yüksək qiymətləndirib. Missiyanın fəaliyyətinə yaratdığı şəraitə görə QMİ sədrinə təşəkkür edən səfir azərbaycanlı zəvvarların ziyarətlərini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün bundan sonra da zəruri addımların atılacağını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp bu xəstəlikdən əziyyət çəkir

Tramp bu xəstəlikdən əziyyət çəkir

Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Paşinyan Ermənistanın KTMT-dən çıxacağı vaxtı açıqladı

Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

Xilasedilər Bakıda iki gəncin həyatını qurtardılar

Xilasedilər Bakıda iki gəncin həyatını qurtardılar

Baş redaktor vəzifəsindən ayrıldı

Baş redaktor vəzifəsindən ayrıldı

Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı

Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı

Ersin Tatar: “Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb”

Ersin Tatar: “Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb”

Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı

Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı

Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək

Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək

Azərbaycanlı müğənni bu məşhur həkimlə evli olub

Azərbaycanlı müğənni bu məşhur həkimlə evli olub

Təsadüfən xəyanəti üzə çıxdı - Video

Təsadüfən xəyanəti üzə çıxdı - Video

Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

Əl Şaraa Dəməşqi tərk edib?

Əl Şaraa Dəməşqi tərk edib?

Ən pinti insanlar bu bürclərə aid imiş

Ən pinti insanlar bu bürclərə aid imiş

Azərbaycanda hava yenə dəyişir: temperatur düşəcək – Bu tarixdə

Azərbaycanda hava yenə dəyişir: temperatur düşəcək – Bu tarixdə

575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

Ərdoğan Suriyadakı proseslər HAQDA: “Əl Şaraa bu çətinliklərin də öhdəsindən gələcək”

Ərdoğan Suriyadakı proseslər HAQDA: “Əl Şaraa bu çətinliklərin də öhdəsindən gələcək”

Bu gün Azərbaycanda hava necə olacaq?

Bu gün Azərbaycanda hava necə olacaq?

"Sabah" mübarizəni dayandırdı - VİDEO

"Sabah" mübarizəni dayandırdı - VİDEO

"Mançester Siti" 18 yaşlı oyunçunu TRANSFER ETDİ

"Mançester Siti" 18 yaşlı oyunçunu TRANSFER ETDİ

Ən problemli 5 avtomobil - SİYAHI

Ən problemli 5 avtomobil - SİYAHI

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq QALA BİLƏR

Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq QALA BİLƏR

Bu vitaminlərə görə iydə YEYİN

Bu vitaminlərə görə iydə YEYİN

End of content

No more pages to load

RADİO