Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü – FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.
 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.


Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini AKTİVLƏŞDİRDİ

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini AKTİVLƏŞDİRDİ

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var

“Zirə”nin futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

“Zirə”nin futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Rəqsanə Aysunun atasından DANIŞDI: “Qarmon ifaçısı idi” - VİDEO

Rəqsanə Aysunun atasından DANIŞDI: “Qarmon ifaçısı idi” - VİDEO

"Atlant"ın sahibinin adı keçən CİNAYƏT İŞİ: 90 min manatlıq mülki iddia

"Atlant"ın sahibinin adı keçən CİNAYƏT İŞİ: 90 min manatlıq mülki iddia

ABŞ-Meksika sərhədində yeni divarlar TİKİLİR - FOTO

ABŞ-Meksika sərhədində yeni divarlar TİKİLİR - FOTO

“Neftçi” İsrail klubu ilə heç-heçə OYNADI

“Neftçi” İsrail klubu ilə heç-heçə OYNADI

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı SONLANDI

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı SONLANDI

“Araz Naxçıvan” “Trabzonspor”a QALİB GƏLDİ

“Araz Naxçıvan” “Trabzonspor”a QALİB GƏLDİ

Şüvəlan çimərliyində bir nəfər batdı - Axtarışlar DAVAM EDİR

Şüvəlan çimərliyində bir nəfər batdı - Axtarışlar DAVAM EDİR

Xatirə villasını GÖSTƏRDİ - VİDEO

Xatirə villasını GÖSTƏRDİ - VİDEO

Durov “Telegram”ın Rusiyada ofisinin açılacağı ilə bağlı məlumatları TƏKZİB ETDİ

Durov “Telegram”ın Rusiyada ofisinin açılacağı ilə bağlı məlumatları TƏKZİB ETDİ

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA - FOTO

Britaniya Trampın Ukraynaya yardımı NATO ilə birgə etmək planını DƏSTƏKLƏYİR

Britaniya Trampın Ukraynaya yardımı NATO ilə birgə etmək planını DƏSTƏKLƏYİR

İlham Əliyev və Berdiməhəmmədov Şuşada birgə nahar etdilər - FOTO

İlham Əliyev və Berdiməhəmmədov Şuşada birgə nahar etdilər - FOTO

RƏSMİ: “Qarabağ” yeni transferini açıqladı - FOTO

RƏSMİ: “Qarabağ” yeni transferini açıqladı - FOTO

Arayikgilin MƏHKƏMƏSİ: Əsir və girov götürülmüş zərərçəkmişlər ifadə verdilər

Arayikgilin MƏHKƏMƏSİ: Əsir və girov götürülmüş zərərçəkmişlər ifadə verdilər

"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı"

"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı"

Şahin Şıxlinski AXTARIŞA VERİLDİ

Şahin Şıxlinski AXTARIŞA VERİLDİ

"Çelye" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Çelye" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 09:00-dan…

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 09:00-dan…

Rusiya Yaponiyaya ETİRAZ NOTASI göndərdi

Rusiya Yaponiyaya ETİRAZ NOTASI göndərdi

12 abituriyentin nəticələri LƏĞV OLUNDU

12 abituriyentin nəticələri LƏĞV OLUNDU

End of content

No more pages to load

RADİO