Trampdan Putinə 50 günlük möhlət - İran ssenarisini təkrarlayacaq?

ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı sərt və hədə dolu açıqlama verib.

Senator açıq şəkildə bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, “gedib Ayətulladan soruşsunlar.”

Xatırladaq ki, Tramp Administrasiyası vaxtilə Tehrana da eynilə 50 günlük vaxt vermiş və həmin müddət başa çatan günün sabahısı İranı bombalanmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp: “Putin sözünün arxasında duran insan deyil”


Görəsən, Qrem Putinə yönəlik bu açıqlaması ilə nəyi nəzərdə tutub?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun fikrincə, Qremin səsləndirdiyi bəyanat əslində özündə hər hansısa ciddi bir məqamı ifadə etmir:

Rusiya ərazisinə ABŞ zərbəmi endirəcək? Bu heç bir halda mümkün deyil. Vaşinqton heç vaxt buna getməyəcək. Çünki belə olarsa, onun assimetrik cavabını alacaq.

Burada söhbət sadəcə olaraq, siyasi blefdən gedir. Tramp mövqelərini tez-tez dəyişmək, bir-birinə ziddiyyət təşkil edən qərarlar qəbul etməklə artıq özünü qeyri-müəyyən mövqeyə malik siyasi füqur kimi təqdim etməkdədir.
 

Onun vahid siyasi baxış vektorunun olmadığını görürük. Tramp situativ davranır. Bu isə ABŞ üçün məqbul sayıla bilməz. O baxımdan düşünürəm ki, həm 50 günlük möhlətin verilməsi, həm də Qremin səsləndirdiyi bəyanat özündə ciddi bir məqamı ifadə etmir”.Ekspert qeyd edir ki, Trampın münaqişələri dayandırmaq istəyi təqdirəlayiqdir:


“Amma bir çox hallarda münaqişənin dayandırılması onun idarəolunması formasında baş verir. Yəni münaqişə öz-özlüyündə qalır.

Bu mənada Trampın Rusiya-Ukrayna müharibəsini tez bir zamanda dayandırmaq imkanları “sıfıra” bərabərdir. Rusiya ABŞ və Avropa İttifaqının hədələrindən geri çəkilməyəcək.

Ona görə də Tramp və ardınca senator Qremin son açıqlamaları sadəcə olaraq, əlavə təsir cəhdidir və nəticə verməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

Üç faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

"Mingəçevir" yeni transferini AÇIQLADI

"Mingəçevir" yeni transferini AÇIQLADI

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

Liderlər nahar süfrəsində...

Liderlər nahar süfrəsində...

End of content

No more pages to load

RADİO