İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əziz Qardaşım,

Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.

Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.

Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.

Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.

Əziz Qardaşım,

Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Roşka” ləqəbli tiktoker HAKİM QARŞISINDA

“Roşka” ləqəbli tiktoker HAKİM QARŞISINDA

FAKTİKİ HAVA: Bəzi rayonlarda 40 dərəcə isti var

FAKTİKİ HAVA: Bəzi rayonlarda 40 dərəcə isti var

Qarabağa bu il fərdi minik avtomobilləri ilə 1 milyondan çox insan səfər edib

Qarabağa bu il fərdi minik avtomobilləri ilə 1 milyondan çox insan səfər edib

Ermənilərin daha bir VƏHŞİLİYİ – İti avtomobilə bağlayıb sürüdülər – FOTO/ANBAAN VİDEO

Ermənilərin daha bir VƏHŞİLİYİ – İti avtomobilə bağlayıb sürüdülər – FOTO/ANBAAN VİDEO

2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək

2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı

Suriya qoşunları Suveyda şəhərində "təmizləmə" əməliyyatlarına başlayıb – VİDEO

Suriya qoşunları Suveyda şəhərində "təmizləmə" əməliyyatlarına başlayıb – VİDEO

Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı - Rusiyalı idmançıya gözlənilməz qadağa - FOTO

Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı - Rusiyalı idmançıya gözlənilməz qadağa - FOTO

Ləzə kəndinə leysan yağır – VİDEO

Ləzə kəndinə leysan yağır – VİDEO

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO

Rusiyada Azərbaycan bayraqları ilə avtomobil yürüşünə görə araşdırma başlandı – VİDEO

Rusiyada Azərbaycan bayraqları ilə avtomobil yürüşünə görə araşdırma başlandı – VİDEO

Ərdoğan: "15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi"

Ərdoğan: "15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi"

ŞOK: Azərbaycanlılar Rusiyadan pul göndərə bilməyəcək

ŞOK: Azərbaycanlılar Rusiyadan pul göndərə bilməyəcək

Britaniyada da meşə yanır - VİDEO

Britaniyada da meşə yanır - VİDEO

Azərbaycanda neçə nəfər orqan transplantasiyası gözləyir? - Rəsmi AÇIQLAMA

Azərbaycanda neçə nəfər orqan transplantasiyası gözləyir? - Rəsmi AÇIQLAMA

Ukraynanın Baş naziri istefa verdi

Ukraynanın Baş naziri istefa verdi

Diş təmizləmə aparatı birbaşa pasiyentin ağzında partladı – ANBAAN VİDEO

Diş təmizləmə aparatı birbaşa pasiyentin ağzında partladı – ANBAAN VİDEO

Təbrizdə ticarət mərkəzi yandı - VİDEO

Təbrizdə ticarət mərkəzi yandı - VİDEO

“Mənzurə müğənni oğlana ərə gedir” - VİDEO

“Mənzurə müğənni oğlana ərə gedir” - VİDEO

Ət və süd məhsullarından sonra növbə konyaka da çatdı - Ermənilərin yalançı piarı ifşa olundu

Ət və süd məhsullarından sonra növbə konyaka da çatdı - Ermənilərin yalançı piarı ifşa olundu

Moskvanın küçələri su altında qaldı – ANBAAN VİDEO

Moskvanın küçələri su altında qaldı – ANBAAN VİDEO

Xaçmaz məktəbinin qarşısındakı tarixi bağ satılaraq HASARLANIB – Ağacları kəsənlər KİMDİR? – VİDEO

Xaçmaz məktəbinin qarşısındakı tarixi bağ satılaraq HASARLANIB – Ağacları kəsənlər KİMDİR? – VİDEO

Xocavənddə 1 500-dən çox ev təmir olunacaq

Xocavənddə 1 500-dən çox ev təmir olunacaq

Sabirabadın 21 kəndi qazsız qalacaq

Sabirabadın 21 kəndi qazsız qalacaq

End of content

No more pages to load

RADİO