ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın ölkəsinin Ermənistanla Azərbaycan arasında danışıqları irəli aparmağa kömək etmək üçün İrəvanla Bakı arasındakı nəqliyyat dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin deyib.
Zatulin bəyan edib ki, Amerika səfirinin sözlərinin arxasında Ermənistan və Azərbaycanın bu varianta razılığı dayanır:
“Bu, çox real perspektivdir. Son vaxtlar Rusiya-Ermənistan, eləcə də Rusiya-Azərbaycan münasibətlərində baş verən bütün kəskinləşmələr məhz bununla bağlıdır”.
O qeyd edib ki, əvvəllər belə bir dəhliz yaradılacağı təqdirdə ona Rusiya qoşunlarının və ya Rusiya nümayəndələrinin nəzarət edəcəyi deyilirdi.
Bizim.Media