Emmanuel Makronun rəhbərlik etdiyi Fransa müstəmləkəçilik siyasətini davam etdirməklə ölkə daxilində özünün siyasi opponentlərinə qarşı da amansız olması ilə seçilir.
Belə ki, son proseslər belə deməyə əsas verir ki, Makron qanunları pozaraq əsas siyasi rəqiblrini neytrallaşdırmaq kursu götürüb. Belə ki, Fransa məhkəməsi Makronun Milli Birlik Partiyasından olan əsas rəqibi Martin Le Peni vəsaiti mənimsəmə ittihamı ilə təqsirləndirərək, 2027-ci il prezident seçkilərində onun iştirakına qadağa qoyub.
Bu günlərdə isə Fransanın sağ mərkəzçi “Les Républicains” partiyasının üzvü Olivier Marleix evində ölü tapılıb. Şəxsi münasibəti olduğu iddia edilən plastik cərrah Francois Fevre pəncərədən yıxılaraq ölüb.
Bu olaylar Rusiyadakı anoloji prosesləri xatırladır
Dəfələrlə şahidi olmuşuq ki, Rusiyada hazırki rejimə kəskin müxalifətçilik edənlərin aqibəti heç də yaxşı olmayıb, onlar da aradan götürülüb. Buna misal olaraq, Aleksey Navalnını, Boris Nemtsovu göstərmək olar. Hələ də onların ölümünün əsl səbəbləri gizlədilir. Son hadisələr göstərir ki, sanki Makron Fransasında da anoloji vəziyyət yaradıb.
Siyasi opponentlərin müəmmalı ölümləri və mediada ciddi suallar doğuran görüntülər Fransanı avtoritar rejimlərlə eyni cərgəyə çıxarır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Makronun siyasi opponentlərinin müəmmalı ölümlərinin arxasında siyasi məqsədlərin dayanması sübut olunarsa bu olaylar Fransada birmənalı şəkildə ciddi dəyişikliklərə səbəb olacaq:
“Düzdür, araşdırma olmadan bu məsələ ilə bağlı hansısa bir şübhələri ifadə etmək düzgün deyil. Yəni yalnız araşdırmaların nəticəsi olaraq bu barədə nəsə deyə bilərik”.
Makron da Rusiyanın yolunu gedir?
“Emmanuel Makronun özünə müxaliflərə qarşı yürütdüyü siyasət fonunda baş verən hadisələr müəyyən dərəcədə Rusiyadakı prosesləri xatırladır. Bu mənada Fransada iki müxalif nümayəndənin qəfil ölümləri müəyyən şübhələr yaradıb. Düşünürəm ki, Fransanın hüquq-mühafizə orqanları həmin hadisələrlə bağlı ciddi araşdırma aparmalıdır.
Müxalifyönümlü siyasilərin bu ölüm hadisəsinin arxasında siyasi məqsədlər dayanırsa, bu olaylar Fransada birmənalı şəkildə ciddi dəyişikliklərə səbəb olacaq”.
Rüfət Sultan, Bizim.Media