Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Bizim.Media xəbər verir ki, növbədənkənar sessiyasının ilk iclası iyun ayının 3-də keçirilib.
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində 7 iclas keçirilib. 45 qanun və qərar, o cümlədən, iki konstitusiya qanunu qəbul olunub.
İki ictimai dinləmə keçirilib.
İclas Azərbaycan dövlət himninin oxunması ilə başa çatıb.
Bununla da Milli Məclis tətilə çıxıb.
Günay Şahmar, Bizim.Media