Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
Bizim.Media xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
İki saatdan çox davam edən görüşün ilk hissəsində nümayəndə heyətləri iştirak edib. Daha sonra isə hər iki ölkənin liderləri görüşü təkbətək formatda davam etdiriblər.
Bizim.Media