Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlanıb.
Bizim.Media xəbər verir ki, iki saatdan çox davam edən görüşün ilk hissəsində nümayəndə heyətləri iştirak edib.
Lakin hazırda hər iki ölkənin liderləri görüşü təkbətək formatda davam etdirirlər, nümayəndə heyətləri zalı tərk edib.
Qeyd edək ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında təkbətək dialoq sülh prosesinin növbəti mərhələsinə keçid baxımından xüsusilə diqqət çəkir.
Bizim.Media