Xəbər verdiyimiz kimi, bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.
Bizim.Media xəbər verir ki, görüşdə Prezident İlham Əliyev bütün Ermənistan nümayəndə heyətinin nümayəndələrini salamlayaraq siyasi etiket nümayiş etdirib.
Bundan sonra Nikol Paşinyan Prezident İlham Əliyevin hərəkətini təkrarlayıb. Prezident İlham Əliyevin diplomatik jesti diqqət çəkib.
Bizim.Media