Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
Bizim.Media xəbər verir ki, bu barədə “BAZA” teleqram kanalında məlumat yayılıb.
Qeyd edilib ki, o, bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.
İbrahimovun "Aeroflot"un axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır. Onun hazırda Şeremetyevo hava limanında olduğu iddia edilir.
Bizim.Media