“Çərkəz soyqırımı” Rusiyanın 150 ildə sivilizasiyadan gizlətməyə çalışdığı dəhşətli faciədir” – Yusif Alıyev

Tarix heç də hər zaman olduğu kimi yazılmır. Əksinə, tarix qlobal güclərin maraqlarına uyğun olaraq təqdim edilir. Bu təqdimatın arxasında isə onlarla xalqın faciəsi gizlədilir. 

Bizim.Media bu dəfə həmin faciələrdən birinə - “Çərkəz soyqırımı”na işıq salacaq. Müsahibimiz isə ADPU-nun Quba filialının direktoru, Fizika elmləri doktoru, professor Yusif Alıyevdir (Afşar). 

- Yusif müəllim, tez-tez deyirlər ki, “tarix unudulmur”. Doğrudanmı, bütün tarixi həqiqətlər unudulmur?

- Bilirsiniz, yüzilliklər boyunca beynimizə şüuraltı olaraq “tarix unudulmur!”, - deyə cəfəng bir fikir yerləşdirə biliblər. Gerçəkdə isə tarix unudulur və ya unutdurulur. Əzilmiş xalqları qəddarcasına idarə edən böyük imperiyalar əsarətləri altındakı xalqların tarixini də, mədəniyyətini də, adət-ənənələrini də məqsədli şəkildə, məcburən unutdururlar.

Əzərək kiçiltdikləri xalqlar üçün yeni tarix “yazırlar”. Bu tarixdə isə düşmən dost kimi, dost da düşmən kimi qələmə verilirdi. Necə ki, biz Azərbaycan türklərinin, çərkəzlərin, Krım tatarlarının dağlı xalqlarının, ahıskalıların başlarına gətirilmiş sürgün faciələri bir zaman az qala yaddaşlardan belə silinərək, unutdurulmuşdu. Bunu edən düşmən qüvvələr isə sanki heç nə olmamış kimi başımız üzərində var-gəl edərək, bizi “məzlum xalqlara” divan tutan millət kimi dünyaya təqdim edirdilər.  

- Elə isə bir qədər unutdurulan tarixdən danışaq...

- Unudulan tariximizi yenidən yazmaq dəyərli tarixçilərimizin ən müqəddəs şərəf borclarına daxildir. Mən isə gerçək tarixdən bəzi bilgiləri vermək istərdim. 1380-ci ildə Böyük Moskva knyazlığının knyazı Dimitri Donskoyun komandanlığı altındakı ruslarla Qızıl Orda xanı Mamay xan arasında baş verən Kulikovo döyüşündən sonra rusların cənuba və şərqə doğru işğalları genişlənməyə başladı.
 

21 il davam edən və 1721-ci ildə İsveç üzərində Rusiyanın qələbəsi ilə başa çatan Şimal müharibədən sonra I Pyotrun rəhbərliyi altında imperiya ideyaları Avropa və Asiyada böyük təlatümlərə gətirib çıxardı.


Bu imperiyanın qüvvətlənməsi ilə paralel olaraq türk dövlət və imperiyaları da zəifləməyə başladı. Ruslar imperiyanın sərhədlərini tarixi türk torpaqlarının hesabına genişləndirərək, bu millətə qarşı bənzəri olmayan faciələr yaşatdılar. Rusların bu ilhaq və işğal siyasətinə erməni və gürcülər kimi xırda etnoslar yetərincə yardımçı olmuşdular. O vaxtdan türklərin həqiqi tarixi gizlədilərək, yalançı “tarixlər” yazılmağa başladı. Bununla da unutdurulmuş tarix üzərindən bir neçə nəsil yetişdirilib, uydurulan tarixi həqiqi tarix kimi qəbul etdi.

- Belə vəziyyətlərdən daha çox yararlanan təbii ki, “ağac kölgəsində yatan”  ermənilər olub. Elə deyilmi?

- Tamamilə haqlısınız. Yada salaq ki, rusların 1828-ci il Türkmənçay “sülh” müqaviləsindən sonra həyata keçirdiyi erməni siyasəti, ermənilərin milli komitələr yaradaraq müstəqillik mücadiləsinə başlamasına yol açmış oldu.

Bununla paralel, Osmanlı İmperiyasında yüksək dövlət vəzifələri tutmuş, kifayət qədər zəngin olan ermənilər bu “mücadiləyə” gizlin və ya açıq formada yardım, dəstək göstərirdi. Xüsusi ilə qeyd etmək lazımdır ki, 29 mart 1863-cü il tarixində Osmanlı dövlətində yaşayan ermənilər etnik durumlarını daha da möhkəmləndirmək üçün Erməni Patrix məclisləri tərəfindən hazırlanmış “Erməni millətinin nizamnaməsi” adlı sənədlə “dövlət içində dövlət” müstəqilliyi kimi yüksək imtiyaz aldılar. 
 

Elə bu yerdə paralellik aparıb 1860-70-ci illər çar Rusiyasına dönsək, nələrin şahidi olduğumuza baxaq. Bu illərdə “II Aleksandrın islahatları” adı altında həyata keçirilən islahatlarda çar Rusiyası hədəf olaraq müsəlman xalqlarının, xüsusən də Qafqazda yaşayan müsəlman-türklərin torpaq sahələrinə, mal-mülklərinə, ən əsası da nüfuzlarına zərbə endirəcək addımlar atdı.


Qafqazda baş vermiş 1863-cü il Zaqatala üsyanı bu basqının dözülməzliyinə qarşı idi. Digər bölgələrdə yaşayan nüfuzlu din xadimləri rus təzyiqindən yaxa qurtarmaq üçün Osmanlı və Qacarlar dövlətinə məcburi köç etdilər ki, bunu da deportasiyanın bir növü kimi qiymətləndirmək olar. 

- Beləcə ruslar “parçala hökmranlıq et” siyasətinin tətbiqinə başladılar...

- Bəli, zaman keçdikcə Qafqazdakı erməni forpostluğundan həssaslıqla istifadə edən Rusiya ermənilərə göstərdikləri himayədarlıqları sayəsində tarixi türk torpaqlarında “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məşğul olduqları bir vaxtda, Qafqazda Türk-müsəlman xalqlarına faciələr və fəlakətlər yaşadılır, onlar məhv edilirdilər.

Qafqazın 80%-nin müsəlman və türklərdən təşkil olunması Rusiyanın imperiya maraqları daxilində cənuba genişlənməsinə mane olurdu. Ona görə də imperiya maraqları milli faciələrin baş verməsini labüd etdi. Bu fəlakətlərdən ən dəhşətlisi isə bütöv bir xalqın – çərkəzlərin kütləvi qətlə yetirilməsi, yaşadığı ərazidən tamamilə sürgün edilməsi olmuşdu. 

- Yusif müəllim, istərdik ki, bu günə qədər çox az tədqiq edilən “Çərkəz faciəsi” haqqında ətraflı danışasınız...

- Məmnuniyyətlə. Bayaq qeyd etdiyim kimi, Qara dəniz sahil yolunun Rusiya üçün böyük önəmi olduğundan buranı yerli xalqlardan tamamilə təmizləməyi məqsəd olaraq qarşıya qoydular və bu məqsədlərinə də çatdılar. Cənubi Qafqazda, yəni bugünkü Çeçenistan, İnquşetiya, Dağıstan və Osetiya ərazilərində misli görünməmiş soyqırımı və sürgün planları hazırlandı. Belə ki, bu bölgələrdə yaşayan çərkəzlər, abxazlar doğma vətənlərindən sürgün edilməli idi.

Çar hökuməti boyunduruq altına salmaqda çətinlik çəkdiyi qürurlu çərkəzlərin strateji əhəmiyyəti önəmli olan bir bölgədə yaşamalarını istəmirdi. Coğrafi baxımdan Qara dənizə bitişik ərazidə gələcəkdə yaşana biləcək hər hansı hərbi əməliyyatlara  mane olduğu üçün sahil yolu üzərində yaşayan bu xalqlar həmin ərazilərdən sürgün yoluyla təmizlənməli idi.

Bu sürgünə mane ola biləcək qüvvə ancaq və ancaq Osmanlı dövləti ola bilərdi. O zaman zəif düşən və sərhəd problemləri yaşayan Osmanlı dövləti isə savaşa biləcək güc – əsgər axtarışındaydı. Belə bir acı reallıqda Osmanlı sultanı Rusiya çarının maraqlarına uyğun bir anlaşma imzaladı. Hətta bu anlaşmada əlavə olaraq bir “erməni öhdəliyi”ni də osmanlıların boynuna qoyuldu.

- “Çərkəz faciəsi” necə başladı?

- Min illər boyu yaşadıqları dədə-baba torpaqlarından çərkəzlərin soyqırımı və sürgün edilməsi XIX əsrin ikinci yarısında başladı. 21 may 1864-cü il uzun sürən Qafqaz-rus savaşlarının sonunda fədakar, əzabkeş çərkəzlərin müqavimətinin tükəndiyi gün oldu. Həmin gün dünya kültüründə savaşa, kinə, nifrətə qiymət verəcək bir xalqın – çərkəzlərin faciə günüdür.
 

O gün çərkəzləri əzablı və məşəqqətli bir yolçuluqla Osmanlıya doğru sürgünə yolladılar. Ruslar gələcəkdə burada yaşananların hesabını soracaq bir xalqın qalmasından ehtiyat edərək, ərazini aborigen əhalidən tamamilə təmizlədilər. 


Bu sürgün dəhşətli olduğu qədər də düşünülmüş bir plan idi. Ruslar bilirdilər ki, bu sürgündə bu xalq yollarda məhv olacaq. Osmanlıya çatan əhali isə müxtəlif əyalətlərdə yerləşdirilərək çoxluq içində əriyərək assimilyasiya olacaq və gələcəkdə ruslardan hesab soran çərkəz xalqı qalmayacaq. Gəlin indi sürgünün acı nəticələrinə qısa nəzər salaq: 1,5 milyon insan doğma vətənini tərk edərək çöllərə salındı. 500 mindən çox insan uzun sürgün yolunda və ilk yerləşdikləri yurdlarda həyat tərzinə uyğunlaşa bilməyərək həyatını itirdi. Təkcə Trabzonda, əksəriyyəti uşaq, qadın və yaşlı olmaqla 7 gün içində 53 min insan öldü. 

Adıgey, abxaz və ubıhlərə məkan açıqlamasından baxdıqda, Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq yaşayanların, Qafqazda, yəni tarixi ana vətənində yaşayanlardan çox olması, sürgün dəhşətlərindən xəbər verir.

Bu xalqlar təbii və milli ortaqlıqlarından qoparıldı. Şimali Qafqazın aborigen xalqlarından olan ubıhlar tamamilə məhv edildi. Belə ki bu xalqın dilində danışacaq bir nəfər kimsə qalmayıb. Qafqazın yerli xalqlarından adıgeylərin bir qolu olan natuhayların adı, sadəcə, tarixin arxivində qaldı. Qafqazda gedən savaşlar, soyqırım və sürgünlər bu yerli xalqı da yox etdi.

- Rusların çərkəzlərə qarşı törətdiklərini soyqırımı adlandırmaq olarmı?

- Bəli, çərkəzlərin başlarına gətirilən faciəni həm sürgün, həm də tam mənada soyqırımı adlandırmaq olar. Bu qənaətə gəlmək üçün qeyd etdiyiniz iki məhfumun tam izahına diqqət yetirək. Belə ki, sürgün işğal edilən ölkədəki insanların bütövlüklə və zorla öz torpaqlarından çıxarılması və başqa yerlərə göndərilməsi, yurdlarına başqa xalqların yerləşdirilməsi olduğu halda, soyqırımı işğal edilən torpaqlardakı xalqları planlı şəkildə və bir daha toparlana bilməyəcək formada kütləvi məhv edərək yerlərinə işğalçıları və ya işğalçıları dəstəkləyən qonşu millətləri yerləşdirməkdir.
 

Bu fikrə diqqətlə baxdıqda çərkəzlərin başına gələn bu müsibətlərin soyqırımı olduğunu əminliklə deyə bilərik. Çərkəz soyqırımı və sürgünü barədə rəsmi sənədlər tam çılpaqlığı ilə bizə məlumat verir.


Belə ki, çərkəzlərin soyqırımı və tarıxi vətənlərindən sürgün edilməsi faktlarına dünya və rus hərbi arxivlərində, məşhur insanların qələmə aldıqları xatirələrdə də rast gəlinir. Yəni bu hadisələrdə iştirak etmiş şəxslərin yazılarına baxdıqda dəhşətə gəlməmək mümkün deyil.

- Tarixi mənbələrdə yəqin ki, müəyyən faktlar, etiraflar qalıb. Elə deyilmi?

- Əlbəttə, elədir. Tarixi mənbələr çərkəzlərin başına gətirilmiş böyük fəlakətlə bağlı məlumatlarla yetərincə zəngindir. Bunun üçün hansısa qapalı, məxfi qrifi olan mənbələrə müraciət etmədən, elə rus zabitlərinin, yazıçılarının, siyasətçilərinin memuar və xatirələrinə müraciət etsək, yetərincə bilgilər əldə etmək olar. Misal üçün rus hərbi coğrafiyaçısı, general Mixail Venyukov yazırdı ki, “…Savaş son dərəcə amansızcasına gedirdi. Biz, geri dönülməsi mümkün olmayacaq şəklildə, əsgərlərin ayaq basdığı hər yeri, son nəfərə qədər çərkəzlərdən təmizləyərək irəliləyirdik...”.
 

Bundan başqa çar naibi olmuş, Şimali Qafqaz xalqlarına amansızcasına divan tutmuş, knyaz, general-feldmarşal Aleksandr Baryatinski öz qeydlərində Qara dənizin bir rus dənizi, ətraf torpaqlarını bir rus torpağı halına gətirmək üçün dağlıları bu ərazilərdən təmizləmək məcburiyyətində olduqlarını və buna görə də bu xalqların bütünlüklə sürgün olunmasına qərar verildiyini qeyd edirdi.


Rus  imperializminin xidmətçilərinin fikirlərindən başqa, ruslara qarşı mübarizə aparmış tarixi şəxslərin bu fəlakət haqqında dəyərli məlumatları da günümüzə gəlib çatıb.  Rus-çərkəz savaşında çərkəz ordusunda rus imperializminə qarşı könüllü şəkildə müqavimət göstərmiş polyak əsilli zabit polkovnik Teofil Lapinski bu müsibətli sürgünü öz qeydlərində belə yazırdı ki, “Köçkünlərin sorunu fəlakətə dönürdü. Aclıq və xəstəlik tüğyan edir. Trabzona gələn 100 min insan 70 min nəfər oldu. Samsuna 70 min nəfər düşdü. Günlük ölü sayı 500-700 nəfərdir”.

Bu qeydlərdən başqa daha tərəfsiz olan Osmanlıda yaradılmış beynəlxalq Karantin Şurasının üzvü olmuş italyan həkim Barozzinin 13 iyun 1864-cü il raportlarında daha ilginc olaylar diqqət çəkir:

Osmanlıya gələn insanlar uzun müddət bitkilər, bitki kökləri və çörək qırıntılarıyla “qidalanmağa” çalışırdılar, əgər buna qidalanma deyilərsə. Ona görə də bu insanların böyük bir qismi bir neçə günün içində xəstəlikdən, iqlim fərqinə dözməyərək vəfat etdilər”
 

Bir məsələni də qeyd edim ki, Şimali Qafqazda, xüsusilə də çərkəzlərin yaşadığı müsibətli hadisələri obyektivliyi ilə seçilən məşhur rus ədəbiyyatçısı Lev Tolstoy ürəkağrıdan sətirlərlə belə qələmə almışdı: 


“Kəndlərə gecə vaxtı girmək adət halını almışdı. Gecənin qaranlığında rus əsgərlərinin ikibir, üçbir evlərə dolması səhnəsi o qədər qorxuncdur ki, heç bir rəhbər vəzifəli şəxs onları axtarmağa cəsarət etməzdi”.

Bütün bu qeydlərdə, xüsusən bu məsələdə heç bir qərəzli mövqeyi olmayan insanların məlumatlarında müsibətin ağrılı-acılı tərəfləri tam açıqlığı ilə qeyd edilib. Amma təəssüflər olsun ki, rus tarixçi Sulujiyen hadisələri təhlil edərkən sanki Rusiya imperiyasının vəhşi əməllərinə həqiqət donu geydirərək qeyd edir ki, “Dağlılar təslim olmurlar deyə, biz davamızdan vaz keçə bilməzdik”. Bax elə bu ifadə Rusiya hakim dairələrinin imperialist düşüncələrini yansıdır. Bu kimi faktları sadalamaqla bitirmək olmaz.

- Bəs ötən müddət ərzində çərkəzlərin geri dönüş təşəbbüsləri oldumu?

- Əlbəttə ki, Vətənlərindən zorla çıxarılmış, soyqırımına məruz qalmış çərkəzlər daim öz torpaqlarına qayıtmaq ümidi ilə Osmanlıya güvənirdilər. Geri dönüş üçün fürsət axtarışında idilər. Nəhayət həmin an çərkəzlər üçün yetişmiş göründü. 1877-ci ildəki Osmanlı-rus savaşı önəmli bir imkan idi. 15 yaşından 80 yaşınadək olan bütün çərkəz kişiləri türk ordusunda, türklərlə birgə Balkan və Şərq cəbhələrində ruslara qarşı ölüm-dirim savaşına qalxdılar.
 

Çərkəzlərin döyüşdüyü cəbhədə türklər hər zaman üstünlüklərə sahib olsalar da, bu dəfə də Tanrıdan qara gələn bəxt çərkəzlərin üzünə gülmədi. Osmanlı dövləti bu savaşdan böyük itkilərlə məğlub durumda çıxdı. Tarixin amansız dərsini aldılar, bu müharibədən. 


Acı təəssüf hissi ilə qeyd edim ki, sonradan tarix bir daha çərkəzlərə vətənə dönmək şansı bəxş etmədi. Qeyd edim ki, 150 il bundan əvvəl sürgün edilmiş 2 milyon çərkəzin bugünkü sayı 5 milyon nəfərə yaxın ola bilərdi. Məsələn, əhalisi 150 il bundan öncə 2 milyon nəfər olan slovak xalqı bu gün 5 milyon nəfərdən çoxdur. 

- Yusif müəllim, dünya dövlətləri bu olaylardan, doğrudanmı, xəbərsizdir? 

- Birmənalı və konkret olaraq deyim ki, xeyr. Hər kəsin bu soyqırımından və etnik təmizləmədən yetərincə xəbəri var, sadəcə, buna göz yumurlar. 1864-cü il çərkəz sürgünü ruslar üçün ilk və son olmadı. İkinci Dünya Müharibəsi illərində SSRİ hökuməti 1,5 milyondan çox qaraçay-balkarı, çeçen-inquşu doğma yurdlarından zorla çıxararaq,  Orta Asiyanın qumsal çöllərinə və Sibirin ucsuz-bucaqsız qarlı düzlərinə sürgün etdi.

15 noyabr 1944-cü ildə bir gecənin içində 200 mindən çox ahıska türkü yük və heyvan vaqonlarına doldurularaq qatarlarla gedər-gəlməzə - Sibirə, Qazaxıstana, Qırğızıstana və Özbəkistana sürgün edildilər. 1948-1953-cü illərdə Azərbaycan türklərinin tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunması da rusların məkrli soyqırımı və sürgün planlarının davamı idi.

- Bəs nə etmək lazımdır ki, sivilizasiya kimin kim olduğunu bilsin?

- Bilirsiniz, belə faktları sakitcə oxuyub üzərindən keçməyin necə ağır olduğunu yəqin ki, hər birimiz anlayırıq. Sürgün və soyqırımı acısını yaşayan bir xalq kimi, bu hadisələrin necə dəhşətli və dözülməz olduğunun fərqindəyik.
 

Bu gün dünyanın ən “zavallı xalqı”nı – erməniləri müdafiə edərək sanki türklərin və müsəlmanların gözündə özlərinin törətdiklərini kölgələmək istəyən düşmənlərə artıq “Dayan!” deyilməlidir. Bu cür soyqırımı və sürgünləri bizlərə yaşadan dövlətlərin, xalqların ədalət mühakiməsi qarşısında cavab verməsini tələb etmək isə bizlərin tam olaraq haqq vəzifəsidir.


Mən inanıram ki, çox yaxın zamanlarda Türk birliyinin qüdrəti sayəsində dünyada haqq-ədalət bərqərar olacaq. Bu ədalət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətinin önündə yer aldığından bir daha inanıram ki, yurd-yuvalarından qaçqın düşən, sürgün edilən insanlar öz dədə-baba ellərinə dönəcəklər. Necə ki, Qərbi Azərbaycana qayıdış platforması dövlətimizin dinc, sülh məqsədli planıdır, digər problemli sürgünlər, köçlər də sonunda belə haqq yolu ilə öz yerinə dönəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

Gəncə-Moskva aviareysi təxirə salındı

Gəncə-Moskva aviareysi təxirə salındı

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan etibarən…

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan etibarən…

“Kəpəz” müdafiəçisi ilə yollarını ayırdı

“Kəpəz” müdafiəçisi ilə yollarını ayırdı

ŞAD XƏBƏR: Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz

ŞAD XƏBƏR: Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz

Elman Rəfiyevin yerinə TƏYİNAT OLUB

Elman Rəfiyevin yerinə TƏYİNAT OLUB

Psixoloq Samirə ilə bloger Aygül arasında bitməyən QALMAQAL – “Adama deyərlər, get tayını tap da...”

Psixoloq Samirə ilə bloger Aygül arasında bitməyən QALMAQAL – “Adama deyərlər, get tayını tap da...”

“Hayduk”-“Zirə” matçının hakimi MÜƏYYƏNLƏŞDİ

“Hayduk”-“Zirə” matçının hakimi MÜƏYYƏNLƏŞDİ

Elşən İbrahimov Rusiyadan DEPORTASİYA OLUNUR

Elşən İbrahimov Rusiyadan DEPORTASİYA OLUNUR

Ermənistanda AKSİYA: Rusiya telekanallarının və Sputnik-in bağlanması tələb olunur

Ermənistanda AKSİYA: Rusiya telekanallarının və Sputnik-in bağlanması tələb olunur

Pərvin qarderob otağını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Pərvin qarderob otağını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Zelenskinin Trampın nümayəndəsi ilə görüşü BAŞLAYIB - VİDEO

Zelenskinin Trampın nümayəndəsi ilə görüşü BAŞLAYIB - VİDEO

“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub - FOTO

“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub - FOTO

“Araz Naxçıvan” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Araz Naxçıvan” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş KEÇİRİLDİ - FOTO

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş KEÇİRİLDİ - FOTO

"Bu insanlara "dur" demək lazımdır"

"Bu insanlara "dur" demək lazımdır"

İki Azərbaycan şirkətinin süd məhsullarının Rusiyaya idxalına QADAĞA QOYULDU

İki Azərbaycan şirkətinin süd məhsullarının Rusiyaya idxalına QADAĞA QOYULDU

“Azərreyl” serbiyalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” serbiyalı oyunçu TRANSFER ETDİ

Bu il təmir olunacaq məktəblərin sayı AÇIQLANDI – ÖZƏL

Bu il təmir olunacaq məktəblərin sayı AÇIQLANDI – ÖZƏL

Bəzi ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bəzi ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Yalnız bu bürclər böyük dəyişikliklərin ASTANASINDADIR: Siyahıda kimlər var?

Yalnız bu bürclər böyük dəyişikliklərin ASTANASINDADIR: Siyahıda kimlər var?

End of content

No more pages to load

RADİO