Azərbaycan və Çin arasında dəmiryol sahəsində əməkdaşlıq üzrə yeni mərhələ: Anlaşma Memorandumu imzalandı – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri (ADY) Rövşən Rüstəmov 8 iyul tarixində Pekində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.

ADY sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.
 

Bildirilib ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.


Qeyd olunub ki, ADY və Çin Dəmir Yolları arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd iki qurum arasında dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsidir.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək.

Həmçinin ADY nümayəndə heyəti Çinə işgüzar səfəri zaman 8 iyul tarixində Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak edib.

“Yüksəksürətli dəmiryol nəqliyyatı: Dayanıqlılıq, innovasiya və inkişaf” (High-Speed Rail: Sustainability, Innovation, Prosperity”) mövzusunda keçirilən tədbirdə yüksəksürətli qatarların iqtisadi və sosial inkişafda rolu, dayanıqlı inkişaf və texnoloji innovasiyalar kimi məsələlər müzakirə olunub.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı”da növbəti AYRILIQ

“Şamaxı”da növbəti AYRILIQ

“Çərkəz soyqırımı”” Rusiyanın 150 ildə sivilizasiyadan gizlətməyə çalışdığı dəhşətli faciədir” – Yusif Alıyev

“Çərkəz soyqırımı”” Rusiyanın 150 ildə sivilizasiyadan gizlətməyə çalışdığı dəhşətli faciədir” – Yusif Alıyev

Azərbaycanla BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi İMZALANDI

Azərbaycanla BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi İMZALANDI

Bakıda moped piyadanı vurdu - ANBAAN VİDEO

Bakıda moped piyadanı vurdu - ANBAAN VİDEO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları TƏSDİQLƏNDİ

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları TƏSDİQLƏNDİ

Deputat qızlara SƏSLƏNDİ: “Həyat filmlərdəki kimi deyil”

Deputat qızlara SƏSLƏNDİ: “Həyat filmlərdəki kimi deyil”

Rüşvət alan sabiq hakim HƏBSDƏ QALDI - Kassasiya şikayəti

Rüşvət alan sabiq hakim HƏBSDƏ QALDI - Kassasiya şikayəti

Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq

Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

Susuz kəndlərə HƏYAT gəlir – Qusarda 130 ev su ilə təmin olunur – FOTO

Susuz kəndlərə HƏYAT gəlir – Qusarda 130 ev su ilə təmin olunur – FOTO

Əməkdar artist istefa verdi

Əməkdar artist istefa verdi

Naxçıvan sakinlərinə XƏBƏRDARLIQ

Naxçıvan sakinlərinə XƏBƏRDARLIQ

Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü

Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü

28 vətəndaşımız bu ölkədən çıxarıldı

28 vətəndaşımız bu ölkədən çıxarıldı

"Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər" - Rafael Qrossi

"Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər" - Rafael Qrossi

Bütün diqqətlər BƏƏ-yə YÖNƏLDİ – Sabahkı görüşdən hansı nəticə hasil olacaq? - EPC Prezidentindən EKSKLÜZİV AÇIQLAMA

Bütün diqqətlər BƏƏ-yə YÖNƏLDİ – Sabahkı görüşdən hansı nəticə hasil olacaq? - EPC Prezidentindən EKSKLÜZİV AÇIQLAMA

Tələbələrin köçürülməsi prosesi başlayır – BU TARİXDƏN

Tələbələrin köçürülməsi prosesi başlayır – BU TARİXDƏN

"Ev təmizləmək vaxt itkisidir, heç vaxt etməmişəm"

"Ev təmizləmək vaxt itkisidir, heç vaxt etməmişəm"

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Moskva və Dehli arasında SENSASİON RAZILAŞMA – 1 milyon hindistanlı miqrant Rusiyaya GƏLƏCƏK

Moskva və Dehli arasında SENSASİON RAZILAŞMA – 1 milyon hindistanlı miqrant Rusiyaya GƏLƏCƏK

Yekaterinburqda həbs edilən azərbaycanlılar guya avtomobil yandırıblar – Yeni İTTİHAM - VİDEO

Yekaterinburqda həbs edilən azərbaycanlılar guya avtomobil yandırıblar – Yeni İTTİHAM - VİDEO

Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb? – RƏSMİ AÇIQLAMA

Şəkidəki dəhşətli qəzanın YENİ DETALLARI

Şəkidəki dəhşətli qəzanın YENİ DETALLARI

End of content

No more pages to load

RADİO