Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.

Bizim.Media xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür.

Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s.

Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkənin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.

Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə diplomatiyanın da böyük rolu olub. Çünki dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu zəfər həm döyüş meydanında, həm də masa arxasında qazanılıb. Başqa sözlə, döyüş meydanında qələbə qazanan Azərbaycan diplomatiya sahəsində də düşməni acı məğlubiyyətə uğradıb. (Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev BƏƏ Prezidenti ilə GÖRÜŞƏCƏK

İlham Əliyev BƏƏ Prezidenti ilə GÖRÜŞƏCƏK

Kartof kəskin bahalaşacaq - BU TARİXDƏN

Kartof kəskin bahalaşacaq - BU TARİXDƏN

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB

Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

“Vəlxan” kafesində nöqsanlar aşkarlandı - FOTO

“Vəlxan” kafesində nöqsanlar aşkarlandı - FOTO

57 yaşlı kişini it dişlədi - FOTO

57 yaşlı kişini it dişlədi - FOTO

Rusiyada futbol hakimi SAXLANILDI

Rusiyada futbol hakimi SAXLANILDI

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

SON DƏQİQƏ! Dünyada qızılca sürətlə yayılmağa başladı – Azərbaycanda SON DURUM

SON DƏQİQƏ! Dünyada qızılca sürətlə yayılmağa başladı – Azərbaycanda SON DURUM

Moskva açıqladı: Bu tarixdə dəhşətli müharibə başlaya bilər

Moskva açıqladı: Bu tarixdə dəhşətli müharibə başlaya bilər

Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – RƏSMİ

Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – RƏSMİ

“Qalatasaray”dan Osimhen üçün 75 milyonluq TƏKLİF

“Qalatasaray”dan Osimhen üçün 75 milyonluq TƏKLİF

Tramp Qəzza ilə bağlı HƏMAS hərəkatına nəyi VƏD VERİB? - DETALLAR

Tramp Qəzza ilə bağlı HƏMAS hərəkatına nəyi VƏD VERİB? - DETALLAR

Ağdam-Füzuli yolunda xəsarət alanların ADLARI

Ağdam-Füzuli yolunda xəsarət alanların ADLARI

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq? - VİDEO

"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq? - VİDEO

Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

İlham Əliyev sabah Paşinyanla GÖRÜŞƏCƏK

İlham Əliyev sabah Paşinyanla GÖRÜŞƏCƏK

Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

Bu avtomobillər geri çağırılır

Bu avtomobillər geri çağırılır

Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi

Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi

“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” - Video

“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” - Video

Qarabağa səfər etmək istəyənlərin NƏZƏRİNƏ - İcazə prosedurlarında MÜHÜM YENİLİK

Qarabağa səfər etmək istəyənlərin NƏZƏRİNƏ - İcazə prosedurlarında MÜHÜM YENİLİK

End of content

No more pages to load

RADİO