“Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.
“Biz Hindistan və Pakistan arasında müharibəni dayandırdıq. Demokratik Konqo Respublikası ilə Ruanda arasında sülh sazişi, eləcə də 12 günlük müharibənin ABŞ əməliyyatı ilə başa çatması – bütün bunları yalnız Amerika edə bilər.
Ümid edirəm ki, yaxın zamanda Azərbaycanla Ermənistan arasında da sülh sazişi imzalanacaq,” – deyə Marko Rubio vurğulayıb.
Bizim.Media