Parisin Apellyasiya Məhkəməsi Azərbaycan səfirliyinə hücum etmiş erməniyə qarşı cəzanı sərtləşdirib.
Parisin Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Fransadakı Azərbaycan səfirliyinə hücumla bağlı iş üzrə erməni "Charjoum" hərəkatının üzvü Loris Tufanyana qarşı cəzanı sərtləşdirib.
Bizim.Media xəbər verir ki, Tufanyana 12 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib (bu, birinci instansiya məhkəməsinin çıxardığı 6 aylıq şərti cəzanın sərtləşdirilməsi deməkdir).
MÖVZU İLƏ BAĞLI:
Fransadakı səfirliyimizə hücuma görə SAXLANILAN VAR
Həmçinin ona əlavə cəza kimi – lisenziya tələb edən silahların saxlanması və daşınmasına 5 il müddətinə qadağa qoyulub.
Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka qrup halında və ya şəriklərlə birlikdə ziyan vurmaqda da təqsirli bilib. Beləliklə, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin tərkib hissəsinin ağırlaşdırıldığını tanıyıb.
Bizim.Media