“Dəhlizlər savaşı”nın yeni RAUNDU – Trampın Zəngəzur planının PƏRDƏARXASI

Qloballaşan dünyamızda hər gün yeni reallıqlar ortaya çıxır. Artıq mövcud geosiyasi və geoiqtisadi mənzərə bir sıra qlobal gücləri qane etmir. Ona görə də qlobal güclər yeni dünya düzəni formalaşdırmaq və daha çox sərvətlər ələ keçirmək istəyir.

Avrasiyanın dəhliz problemi

ABŞ fövqəlgüc olsa da, beynəlxalq arenadadı əsas proseslər Avrasiyada cərəyan edir və yekun qərar bu materikdə verilir. İndi Avrasiyanın üzləşdiyi ən böyük problemlərdən biri də dəhliz məsələsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampla Putin arasında SENSASİON RAZILAŞMA – “Dünya üç hissəyə bölünəcək...”


Hazırda bu materikin bir neçə ünvanında müharibələr davam etdiyindən ümumi nizam pozulub. Bu vəziyyətdən ən çox zərər görən iri dövlətlərdir. Çünki iri və inkişaf etmiş dövlətlərin ticarət dövriyyəsi ilbəil böyüyür. Artan tələbatı lazımınca qarşılamaq üçünsə əlverişli tranzit dəhlizləri lazımdır. Lakin Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-stabillik daşımalara ciddi problemlər yaradır.

Ona görə də aparıcı dövlətlər yeni və daha əlverişli dəhlizlər axtarır. Bu axtarışların yekununda əksər gözlər Cənubi Qafqaza dikilir. Çünki Cənubi Qafqaz Asiya ilə Avropanı birləşdirən ən optimal yoldur. Üstəlik Cənubi Qafqaz Azərbaycanın gərgin səyləri və qətiyyəti sayəsində sabitlik məkanına çevrilib.

İki dəhlizin keçdiyi məkan

Təsadüfi deyil ki, Azərbaycan üzərindən iki -Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri keçir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir.

Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsi və vaxtını iki-üç dəfə azaltmasıdır. Əgər dəniz yolu ilə Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə daşıma müddəti 45-60 gün təşkil edirsə, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gündür.

Qərb-Şərq dəhlizi və ya Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi müvafiq Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir.

Bu dəhliz üzrə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 10-12 günə çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Orta Dəhliz vasitəsilə yüklərAvropaya iki istiqamət üzrə nəql edilir. Birinci istiqamət üzrə yüklər Gürcüstanın Poti və Batumi limanlarından keçməklə, digər istiqamət üzrə isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşıma xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.

Bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb.

Orta dəhlizin Cənub Marşurutu

Son zamanlar daha bir layihə üzərində iş gedir. Bu da Orta Dəhlizin Cənub Marşurutudur. Bu marşurut daha qısa və rentabellidir. Çindən gələn yüklər Qırğızıstan və Özbəkistan üzərindən keçərək Azərbaycana çatdırılır. Daha sonra bu yüklər Gürcüstan üzərindən Avropaya nəql edilir.

Hazırda Azərbaycanın hədəfi Cənub Marşurutu ilə gələn yükləri daha qısa yol olan Zəngəzur dəhlizindən Avropaya çatdırmaqdır. Bu unikal layihə bütün aparıcı dövlətlər kimi ABŞ-ın da diqqət mərkəzindədir.

Maraqlıdır ki, Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb.

Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir. Bu yanaşma Rusiya Federasiyasının prosesdən və dəhlizin həyata keçirilməsindən tamamilə kənarda qalmasını nəzərdə tutur.

Bununla belə, plan həm Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatları ilə bağlı tələblərini qarşılayır, həm də Ermənistanın dəhliz üzərində suverenliyini qoruyub saxlayır.

ABŞ Zəngəzur dəhlizinə nəzarət edə biləcəkmi?

Nəzərə alaq ki, ABŞ-ın bu təşəbbüsü sırf siyasi maraq daşıyır. Rəsmi Vaşinqton çalışır ki, Avrasiyanın ən qısa nəqliyyat dəhlizi onun nəzarətində olsun. Digər məqsədsə “əbədi düşmənlər”ə - Rusiya və İrana daha yaxın olmaqdır. Əgər Ağ Ev bu istəyini reallaşdırsa, o zaman Amerika faktiki olaraq Cənubi Qafqazda var olacaq. Bu isə təkcə Rusiya və İranın deyil, digər region ölkələrinin maraqlarına ziddir.

Bu təşəbbüs hətta münaqişəyə qədər gedib çıxa bilər. Ona görə də həm Rusiya, həm də İran bu təklifə qarşı çıxacaq. Yəqin ki, Türkiyə və digər region ölkələri də bu təşəbbüsün əleyhinə olacaq.

Azərbaycan bu təşəbbüsə necə baxır?

ABŞ-ın Zəngəzur layihəsi təbii ki, Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab vermir. Əvvəla ona görə ki, regionda sabitlik var. Bu sabitliyinsə müəllifi Azərbaycandır. Üçüncü bir ölkənin regiona gəlişi ən azından siyasi gərginlik yaradacaq.

Nəzərə alaq ki, Azərbaycan müstəqil siyasət yürüdür və maraqlarını hər hansı bir dövlətlə bölüşmək fikrindən uzaqdır. Digər tərəfdən Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində qətidir. Şübhə yoxdur ki, dəhliz qısa müddət ərzində istifadəyə veriləcək.


Belə vəziyyətdə isə Qərbin hansısa korporativ təşəbbüsü Azərbaycan üçün qətiyyən maraqlı deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR – FOTO

91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR – FOTO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı KEÇİRİLDİ - FOTO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı KEÇİRİLDİ - FOTO

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

Yeni Zelandiyada güclü zəlzələ OLDU

Yeni Zelandiyada güclü zəlzələ OLDU

Sərnişilərin DİQQƏTİNƏ: Paytaxtda daha 4 dayanacaq yaradıldı

Sərnişilərin DİQQƏTİNƏ: Paytaxtda daha 4 dayanacaq yaradıldı

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT: 42 kq narkotikin İrandan keçirilməsinin qarşısı alındı

DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT: 42 kq narkotikin İrandan keçirilməsinin qarşısı alındı

"Zirə"də yeni müqavilə - Rəsmi

"Zirə"də yeni müqavilə - Rəsmi

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

End of content

No more pages to load

RADİO