İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını deyib.

Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi.

Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.
 

Dövlət başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.


Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğulayıb. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək, vurğulayıb ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.

Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.

Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxunub.

Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd edib.

Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirilib, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Zirə"də yeni müqavilə - Rəsmi

"Zirə"də yeni müqavilə - Rəsmi

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Rusiyanın fövqəladə hallar naziri Bakıya GƏLDİ - FOTO

Rusiyanın fövqəladə hallar naziri Bakıya GƏLDİ - FOTO

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Beşbarmaq dağında FACİƏ – Qəza keçirən paraşütçü HƏYATINI İTİRDİ - ÖZƏL

Beşbarmaq dağında FACİƏ – Qəza keçirən paraşütçü HƏYATINI İTİRDİ - ÖZƏL

Paytaxtda təhlükə - Heç bir tədbir görmədən söküntü işi aparılır – VİDEO

Paytaxtda təhlükə - Heç bir tədbir görmədən söküntü işi aparılır – VİDEO

İyulda hər sahədə bəxti gətirəcək BÜRC

İyulda hər sahədə bəxti gətirəcək BÜRC

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – VİDEO

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – VİDEO

End of content

No more pages to load

RADİO