Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.

Bizim Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib.
 

E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb.


Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.

Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb. (Report.az)


Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

AFFA bu stadionu təmir edəcək

AFFA bu stadionu təmir edəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

İş adamının helikopteru dənizə düşdü

İş adamının helikopteru dənizə düşdü

Azərbaycan ABŞ-a başsağlığı verdi - FOTO

Azərbaycan ABŞ-a başsağlığı verdi - FOTO

Xankəndidə Zəfər Tağının üst hissəsində şəhərə baxış meydançası yaradılır - FOTO

Xankəndidə Zəfər Tağının üst hissəsində şəhərə baxış meydançası yaradılır - FOTO

21 yaşlı gəncin ölüm SƏBƏBİ AÇIQLANDI

21 yaşlı gəncin ölüm SƏBƏBİ AÇIQLANDI

Milli Park ərazisində dənizdə batan qadın XİLAS EDİLDİ - VİDEO

Milli Park ərazisində dənizdə batan qadın XİLAS EDİLDİ - VİDEO

3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI

3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI

Bir vaxtlar ölkəni “titrədən” generallar indi hardadır? – Bəzisi vuruldu, bir qismi isə…

Bir vaxtlar ölkəni “titrədən” generallar indi hardadır? – Bəzisi vuruldu, bir qismi isə…

Qanun təsdiqləndi: Şəxsiyyət vəsiqəsi belə olacaq

Qanun təsdiqləndi: Şəxsiyyət vəsiqəsi belə olacaq

Azərbaycan Dünya kubokunda təmsil edən qadın ŞAHMATÇILARIN ADLARI

Azərbaycan Dünya kubokunda təmsil edən qadın ŞAHMATÇILARIN ADLARI

SEPAH iki əsgərini itirdi - FOTO

SEPAH iki əsgərini itirdi - FOTO

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

Bakıda külək ağacı avtobusun üzərinə aşırdı - VİDEO

Bakıda külək ağacı avtobusun üzərinə aşırdı - VİDEO

Türkiyədə şir zoorparkdan qaçdı, bir nəfəri ağır yaraladı

Türkiyədə şir zoorparkdan qaçdı, bir nəfəri ağır yaraladı

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

Aparıcıya 3 günə 300 manat cərimə və 8 cərimə balı

Aparıcıya 3 günə 300 manat cərimə və 8 cərimə balı

DİM səhvini ETİRAF ETDİ

DİM səhvini ETİRAF ETDİ

Şəhid Fərid Nəbiyevin atası qəzada HƏLAK OLDU

Şəhid Fərid Nəbiyevin atası qəzada HƏLAK OLDU

End of content

No more pages to load

RADİO