Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi – RƏSMİ

"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər bir şəxs qanunvericiliyə uyğun olaraq, yüksəkkeyfiyyətli hüquqi yardımla təmin olunur. Son günlər bəzi Rusiya kütləvi informasiya vasitələrində ölkəmizdə saxlanılmış Rusiya Federasiyası vətəndaşlarının guya vəkillə təmin olunmadığı barədə yayılan məlumatlar tamamilə əsassız və yalandır".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO


Onun sözlərinə görə, saxlanılan şəxslərin seçdikləri vəkillərlə müqavilə bağlamasına dair heç bir məhdudiyyət yoxdur:

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olaraq, tam məsuliyyətlə bəyan edirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyasına hər hansı rəsmi müraciət və ya şikayət daxil olmayıb. Həmçinin bu şəxslərin özləri tərəfindən seçdikləri vəkillərlə müqavilə bağlamasına dair də heç bir məhdudiyyət yoxdur".

Anar Bağırov, həmçinin vurğulayıb ki, Rusiyada Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması, habelə Rusiyada həbs edilən azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunub:

"Vəkillərə qarşı istənilən təzyiq və ya fiziki zorakılıq tamamilə yolverilməzdir və belə hallara yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər".

Vəkillər Kollegiyasının sədri Rusiya mediasını obyektiv olmağa, Yekaterinburq şəhərində Azərbaycan və Rusiya bayraqları yanında vəkil Şıxlinskilərə qarşı törədilmiş demonstrativ terror aktına diqqət ayırmağa və bu kimi hallara qarşı hüquqi mövqe sərgiləməyə çağırıb.

Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb.


Azərbaycanda Rusiya ilə bağlı tədbirlər ləğv edilib, rusiyalı jurnalistlər İqor Kartavıx və Yevgeni Belousov, habelə daha səkkiz Rusiya vətəndaşı saxlanılaraq dörd ay müddətinə həbs ediliblər. Azərbaycan və Rusiya bir-birinə etiraz notaları veriblər, diplomatlar Xarici İşlər nazirliklərinə çağırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist şikayətləndi - TƏBİB-dən REAKSİYA

Əməkdar artist şikayətləndi - TƏBİB-dən REAKSİYA

Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Nazirlikdən xanəndəyə TƏBRİK MƏKTUBU - VİDEO

Nazirlikdən xanəndəyə TƏBRİK MƏKTUBU - VİDEO

İrəvan Moskvaya NOTA VERDİ

İrəvan Moskvaya NOTA VERDİ

Fatih Terimin yerinə onu TƏYİN ETDİLƏR

Fatih Terimin yerinə onu TƏYİN ETDİLƏR

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır – FAKTİKİ HAVA

Cəlilabadda YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO

Cəlilabadda YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla - VİDEO

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla - VİDEO

"Yuventus" kanadalı hücumçu TRANSFER ETDİ

"Yuventus" kanadalı hücumçu TRANSFER ETDİ

Gəncədə külək fəsadlar TÖRƏTDİ: Ağac maşının üstünə aşdı - FOTO

Gəncədə külək fəsadlar TÖRƏTDİ: Ağac maşının üstünə aşdı - FOTO

Gövhər Həsənzadədən Elza Seyidcahana sərt REAKSİYA - “Elə o radiolardır evimizi yıxan”

Gövhər Həsənzadədən Elza Seyidcahana sərt REAKSİYA - “Elə o radiolardır evimizi yıxan”

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

Şuşada İlham Əliyevin adından rəsmi nahar VERİLDİ - FOTO

Şuşada İlham Əliyevin adından rəsmi nahar VERİLDİ - FOTO

İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR

İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR

"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı

"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı

Bakının bəzi yerlərində TIXAC VAR

Bakının bəzi yerlərində TIXAC VAR

Pezeşkian Şuşaya VALEH OLDU - FOTO/VİDEO

Pezeşkian Şuşaya VALEH OLDU - FOTO/VİDEO

Şəmkirdə boğularaq ölən azyaşlıların kimliyi BİLİNDİ

Şəmkirdə boğularaq ölən azyaşlıların kimliyi BİLİNDİ

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Şəmkirdə 3 uşaq göldə BATDI

Şəmkirdə 3 uşaq göldə BATDI

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO

Ölkə ərazisində temperaturun normadan artıq olacağı GÖZLƏNİLİR

Ölkə ərazisində temperaturun normadan artıq olacağı GÖZLƏNİLİR

Soçidə qadın soydaşımız SAXLANILDI - FOTO

Soçidə qadın soydaşımız SAXLANILDI - FOTO

End of content

No more pages to load

RADİO