Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin açılışı oldu - FOTO

Xəbər verdiyimiz kimi iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır.
 

Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.


İlham Əliyev Xıdırlı kəndinə köçən sakinlərlə görüşdə məktəb barədə deyib: “Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq.

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Artıq dediyim kimi, bunun təşəbbüskarı Qırğızıstan Prezidenti olub. Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik.

Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nicat AĞLADI: “Azəri hər yerdən silmişəm” - VİDEO

Nicat AĞLADI: “Azəri hər yerdən silmişəm” - VİDEO

Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi

Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi

Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO

Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO

Pezeşkiandan TARİXİ NİTQ "Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"

Pezeşkiandan TARİXİ NİTQ "Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"

Azərin xanımı: “Hiss edirdi ki, son günləridir” - VİDEO

Azərin xanımı: “Hiss edirdi ki, son günləridir” - VİDEO

"Liverpul" 20 nömrəli formanı dövriyyədən ÇIXARDI

"Liverpul" 20 nömrəli formanı dövriyyədən ÇIXARDI

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Zenfira Anardan BOÇANIB? - VİDEO

Zenfira Anardan BOÇANIB? - VİDEO

"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLDÜ - FOTO

"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLDÜ - FOTO

“Sabah” Macarıstan klubu ilə HEÇ-HEÇƏ etdi

“Sabah” Macarıstan klubu ilə HEÇ-HEÇƏ etdi

DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

Əfqanıstanın dövlət bayrağı ilk dəfə Moskvadakı səfirlik binasından ASILDI - VİDEO

Əfqanıstanın dövlət bayrağı ilk dəfə Moskvadakı səfirlik binasından ASILDI - VİDEO

Prezidentlərin Xankəndi sakinləri ilə SƏMİMİ SÖHBƏTİ - VİDEO

Prezidentlərin Xankəndi sakinləri ilə SƏMİMİ SÖHBƏTİ - VİDEO

Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Konsul saxlanılan ruslara BAŞ ÇƏKDİ

Konsul saxlanılan ruslara BAŞ ÇƏKDİ

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

Bu futbolçu da “Neftçi”dən AYRILACAQ

Bu futbolçu da “Neftçi”dən AYRILACAQ

Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

End of content

No more pages to load

RADİO