Prezidentlər Ağdamın Xıdırlı kəndində sakinlərlə GÖRÜŞDÜLƏR - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beş otaqlıdır.
 

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.


Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış olublar. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində olublar. Dövlət başçıları burada yaradılan şəraitə baxıblar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də olublar.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxıblar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.

Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Sonra Prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşüblər və onlara evlərin açarlarını təqdim ediblər.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliyanın tarixi klubu peşəkar turnirlərdən KƏNARLAŞDIRILDI

İtaliyanın tarixi klubu peşəkar turnirlərdən KƏNARLAŞDIRILDI

Yüksək təzyiqlə bağlı məşhur miflər TƏKZİB EDİLDİ

Yüksək təzyiqlə bağlı məşhur miflər TƏKZİB EDİLDİ

Nicat AĞLADI: “Azəri hər yerdən silmişəm” - VİDEO

Nicat AĞLADI: “Azəri hər yerdən silmişəm” - VİDEO

Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi

Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi

Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO

Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO

Pezeşkiandan TARİXİ NİTQ "Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"

Pezeşkiandan TARİXİ NİTQ "Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"

Azərin xanımı: “Hiss edirdi ki, son günləridir” - VİDEO

Azərin xanımı: “Hiss edirdi ki, son günləridir” - VİDEO

"Liverpul" 20 nömrəli formanı dövriyyədən ÇIXARDI

"Liverpul" 20 nömrəli formanı dövriyyədən ÇIXARDI

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Zenfira Anardan BOÇANIB? - VİDEO

Zenfira Anardan BOÇANIB? - VİDEO

"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLDÜ - FOTO

"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLDÜ - FOTO

“Sabah” Macarıstan klubu ilə HEÇ-HEÇƏ etdi

“Sabah” Macarıstan klubu ilə HEÇ-HEÇƏ etdi

DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

Əfqanıstanın dövlət bayrağı ilk dəfə Moskvadakı səfirlik binasından ASILDI - VİDEO

Əfqanıstanın dövlət bayrağı ilk dəfə Moskvadakı səfirlik binasından ASILDI - VİDEO

Prezidentlərin Xankəndi sakinləri ilə SƏMİMİ SÖHBƏTİ - VİDEO

Prezidentlərin Xankəndi sakinləri ilə SƏMİMİ SÖHBƏTİ - VİDEO

Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Konsul saxlanılan ruslara BAŞ ÇƏKDİ

Konsul saxlanılan ruslara BAŞ ÇƏKDİ

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

End of content

No more pages to load

RADİO