İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidəki “Businesstex JV” tikiş fabrikində - FOTO/VİDEO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.

Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək.

Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.
 

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.


Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur rusiyalı müğənni axtarışa verildi

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

Hikmət Hacıyev Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama getdilər - FOTO

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

Rəqsanə: “Boşanmamışam, ərim yanımdadır” - VİDEO

Rəqsanə: “Boşanmamışam, ərim yanımdadır” - VİDEO

“Qalatasaray” Osimhenin transferini tamamladı

“Qalatasaray” Osimhenin transferini tamamladı

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Goranboyda iki "VAZ" toqquşdu - 14 yaşlı uşaq xəstəxanalıq oldu

Goranboyda iki "VAZ" toqquşdu - 14 yaşlı uşaq xəstəxanalıq oldu

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Nigar Camal qızı ilə dənizdən VİDEOsunu yaydı

Nigar Camal qızı ilə dənizdən VİDEOsunu yaydı

“Neftçi” Toqo millisinin üzvü ilə maraqlanır

“Neftçi” Toqo millisinin üzvü ilə maraqlanır

Sabah 41° isti olacaq

Sabah 41° isti olacaq

Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu

Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu

Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

Evliliyindən peşman olan 4 məşhur - FOTO

Evliliyindən peşman olan 4 məşhur - FOTO

Qəhvəni bu saatda için

Qəhvəni bu saatda için

50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ

50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ

Tez-tez acmağınızın səbəbi

Tez-tez acmağınızın səbəbi

Çimərliklərdə bunlar qadağandır - Polis nəzarətə başladı - FOTO

Çimərliklərdə bunlar qadağandır - Polis nəzarətə başladı - FOTO

Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı

Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı

Novxanıda dənizdə iki nəfər batdı

Novxanıda dənizdə iki nəfər batdı

“Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib” - Aina Zadabek

“Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib” - Aina Zadabek

Bakıda restoranın reklam lövhəsi uçdu - Üzlük daşları yola dağıldı

Bakıda restoranın reklam lövhəsi uçdu - Üzlük daşları yola dağıldı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO