İlham Əliyev Xankəndidə tikintisi davam edən Zəfər parkında – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir.
 

Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.


Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq QALASINDA - FOTO

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Macarıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər ifadə verdi - MƏHKƏMƏ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

Kürdəmirdə 33 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

Bu futbolçu da “Neftçi”dən AYRILACAQ

Bu futbolçu da “Neftçi”dən AYRILACAQ

Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

Astarada 15 yaşlı yeniyetmə su anbarında boğularaq ölüb

Astarada 15 yaşlı yeniyetmə su anbarında boğularaq ölüb

“Araz Naxçıvan”-“Aris” oyunlarının hakimləri MÜƏYYƏNLƏŞDİ

“Araz Naxçıvan”-“Aris” oyunlarının hakimləri MÜƏYYƏNLƏŞDİ

Qarpızın içərisində bu izlər varsa YEMƏYİN! – Zəhərlənmə TƏHLÜKƏSİ

Qarpızın içərisində bu izlər varsa YEMƏYİN! – Zəhərlənmə TƏHLÜKƏSİ

“Bu, onların ürəyindən gələn köməkdir” - Prezident

“Bu, onların ürəyindən gələn köməkdir” - Prezident

Tale sürprizlər HAZIRLAYIB: Həftə sonuna qədər şanslı olacaq bürclər

Tale sürprizlər HAZIRLAYIB: Həftə sonuna qədər şanslı olacaq bürclər

“Kəpəz”in rəqibləri BƏLLİ OLDU

“Kəpəz”in rəqibləri BƏLLİ OLDU

Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin açılışı oldu - FOTO

Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin açılışı oldu - FOTO

Bəzi ölkələrdən heyvan və quş ətinin idxalı QADAĞAN EDİLDİ

Bəzi ölkələrdən heyvan və quş ətinin idxalı QADAĞAN EDİLDİ

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycanda SƏFƏRDƏDİR -FOTO

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycanda SƏFƏRDƏDİR -FOTO

Məşhur boksçu rinqə QAYIDIR

Məşhur boksçu rinqə QAYIDIR

"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

İlham Əliyev: ““Böyük Qayıdış”ı həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir”

İlham Əliyev: ““Böyük Qayıdış”ı həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir”

Putin və Tramp arasında danışıqlar BAŞLAYIB

Putin və Tramp arasında danışıqlar BAŞLAYIB

Ölkə ərazisində qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günü BAŞA ÇATDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günü BAŞA ÇATDI

ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər

ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər

Ötən ay 17 aptekdə yoxlama APARILDI

Ötən ay 17 aptekdə yoxlama APARILDI

Molla və seyid adı altında fırıldaqçılıqla məşğul olanlar: "Ağanın bildiyini həkim bilmir"

Molla və seyid adı altında fırıldaqçılıqla məşğul olanlar: "Ağanın bildiyini həkim bilmir"

End of content

No more pages to load

RADİO