Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.

Bizim.Media xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiya Səfirliyinin 2 iyul tarixli bəyanatları ilə bağlı şərhində yer alıb.
 

Qeyd edilib ki, Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb:


“Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub.

Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.

Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib.

Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klublararası Dünya Çempionatı: “Çelsi” də yarımfinala çıxdı – VİDEO

Klublararası Dünya Çempionatı: “Çelsi” də yarımfinala çıxdı – VİDEO

“Matmazel”i bu serialda izləyəcəyik

“Matmazel”i bu serialda izləyəcəyik

Bu kolleclərə yeni rəhbərlər TƏYİN EDİLDİ

Bu kolleclərə yeni rəhbərlər TƏYİN EDİLDİ

Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır - Bilet QİYMƏTLƏRİ

Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır - Bilet QİYMƏTLƏRİ

Zamirə Dadaşova ilk dəfə oğlunun FOTOSUNU PAYLAŞDI

Zamirə Dadaşova ilk dəfə oğlunun FOTOSUNU PAYLAŞDI

FHN qadının xilas edildiyi hadisə haqda məlumat yaydı – VİDEO

FHN qadının xilas edildiyi hadisə haqda məlumat yaydı – VİDEO

“Yuventus” kanadalı futbolçu transfer etdi

“Yuventus” kanadalı futbolçu transfer etdi

Paytaxtın köçürülməsi yenidən GÜNDƏMDƏ – Xankəndi, Ağdam, yoxsa ŞAMAXI?

Paytaxtın köçürülməsi yenidən GÜNDƏMDƏ – Xankəndi, Ağdam, yoxsa ŞAMAXI?

Rusiyada daha iki azərbaycanlı ilə bağlı qərar verildi – VİDEO

Rusiyada daha iki azərbaycanlı ilə bağlı qərar verildi – VİDEO

Türkiyədə üç bələdiyyə sədri SAXLANILDI – VİDEO

Türkiyədə üç bələdiyyə sədri SAXLANILDI – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: İyulun 7-də saat 10:00-dan...

Əhaliyə XƏBƏRDARLIQ: İyulun 7-də saat 10:00-dan...

Bu ölkədə sərxoş sürücülərin avtomobili BLOKLANIR

Bu ölkədə sərxoş sürücülərin avtomobili BLOKLANIR

Klublararası Dünya Çempionatı: İlk yarımfinalçı bəlli oldu - VİDEO

Klublararası Dünya Çempionatı: İlk yarımfinalçı bəlli oldu - VİDEO

İlham Əliyevdən venesuelalı həmkarına MƏKTUB

İlham Əliyevdən venesuelalı həmkarına MƏKTUB

Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama

Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama

Trampın Zəngəzur PLANI – Böyük güclərin Cənubi Qafqazda TOQQUŞAN MARAQLARI

Trampın Zəngəzur PLANI – Böyük güclərin Cənubi Qafqazda TOQQUŞAN MARAQLARI

Bakıda polis özünü dənizə ataraq qadını xilas etdi – ANBAAN VİDEO

Bakıda polis özünü dənizə ataraq qadını xilas etdi – ANBAAN VİDEO

Millimiz tarixi qələbə QAZANDI

Millimiz tarixi qələbə QAZANDI

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu –FOTO/VİDEO

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu –FOTO/VİDEO

Yaponiyada güclü ZƏLZƏLƏ oldu

Yaponiyada güclü ZƏLZƏLƏ oldu

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Şəkər xəstələri TƏHLÜKƏDƏ - Apteklərdə “Metformin” niyə tapılmır?

Şəkər xəstələri TƏHLÜKƏDƏ - Apteklərdə “Metformin” niyə tapılmır?

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

End of content

No more pages to load

RADİO