SON DƏQİQƏ! Rusiya səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.

27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb.

Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyimiz bir daha diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib.

Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib. “Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.

Hələ ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.

Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə həmçinin, son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib.

Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb.

Rusiya tərəfi, ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhval-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Diabetik” meyvə şirələri ilə bağlı XƏBƏRDARLIQ

“Diabetik” meyvə şirələri ilə bağlı XƏBƏRDARLIQ

Keçmiş ərindən DANIŞDI: "Övladının üzünü görməyən atalar var"

Keçmiş ərindən DANIŞDI: "Övladının üzünü görməyən atalar var"

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb - FOTO

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb - FOTO

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Güləşçimiz Avropa çempionu OLDU

Güləşçimiz Avropa çempionu OLDU

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

End of content

No more pages to load

RADİO