Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" İMZALANDI

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə edilib.

Qeyd olunub ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər qanunverici orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
 

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub. Vurğulanıb ki, bu əlaqələr xalqlarımız arasında oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir.


Parlament sədrləri əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolunu xüsusi qeyd edib, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni mərhələyə daxil olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, iki ölkənin prezidentlərinin mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini təmin edib və bu gün ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bu görüşlər və deputatlar arasında təmaslar əlaqələrin inkişafına töhfə verir.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Forumu qanunverici orqanlarımız arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib.
 

Vurğulanıb ki, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş"in, habelə parlamentlərarası əməkdaşlığın inkişafına dair "Yol xəritəsi"nin imzalanması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına verdiyi önəmin bariz göstəricisidir.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Güləşçimiz Avropa çempionu OLDU

Güləşçimiz Avropa çempionu OLDU

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

Ukraynada SOCAR yanacaqdoldurma məntəqəsinin yanında GÜCLÜ PARTLAYIŞ oldu - VİDEO

Ukraynada SOCAR yanacaqdoldurma məntəqəsinin yanında GÜCLÜ PARTLAYIŞ oldu - VİDEO

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

Aktrisadan İDDİA: “Teatrdan məni hədə ilə çıxardı” - VİDEO

Aktrisadan İDDİA: “Teatrdan məni hədə ilə çıxardı” - VİDEO

Şahin Şıxlinskinin saxlanılma anının yeni görüntüləri - VİDEO

Şahin Şıxlinskinin saxlanılma anının yeni görüntüləri - VİDEO

End of content

No more pages to load

RADİO