Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev son hadisələrlə əlaqədar Rusiya XİN-ə çağırılıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: "Sputnik Azərbaycan"da əməliyyat keçirilir
Məlumata görə, səfirimiz “Sputnik Azərbaycan”dakı əməliyyat zamanı saxlanılan şəxslərə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, bu gün DİN-in "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Bizim.Media