Rus şovinizminin PİK HƏDDİ – Yekaterinburq qətliamının 300 illik PƏRDƏARXASI

Yekaterinburqda son baş verənlər bir daha göstərdi ki, Rusiya bolşevik təfəkküründən xilas olmayıb. Hər şeyin həllinə güc yolu ilə nail olmaq istəyən ruslar inkişaf etmək, sivilizasiyanın bir parçası olmaq istəyindən təəssüf ki, çox-çox uzaqdır.

Mental xüsusiyyət

Əslində bütün problemlərin həllini güc metodunda görmək rusların mental xüsusiyyətidir. Məhz bu xüsusiyyətdən imtina üçün müəyyən dövrlərdə rus ziyalıları öz etirazını bildirib. Lakin hakimiyyətdə olanlar rus ziyalılarını eşitmək əvəzinə onları cəzalandırmağa daha çox üstünlük verib.

Hələ 200 il qabaq bir dəstə rus ziyalısı açıq üsyana qalxdı ki, Çar Rusiyasının Avropanın jandarmı olmasından utanır, xəcalət çəkirlər. O zaman Çar ziyalıları çox ağır şəkildə cəzalandırdı. Bir qismini edam etdirdi, bir qismini də Sibirə sürgünə göndərdi. Bu hadisə tarixə dekabristlərin üsyanı kimi düşdü.
 

MÖVZU İLƏ BAĞLI:

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verildi – VİDEO


Sonrakı dönəmlərdə də bir çox rus ziyalısı iqtidara qarşı etiraz səsini ucaltdı. Onların da sonu ya qəbir, ya Sibir oldu. Amma rejim Pyotrdan bəri heç zaman öz çirkin siyasətindən əl çəkmədi.

Bu gün də oxşar siyasət davam edir.

Hazırda elə bir vəziyyət yaranıb ki, Rusiyada “mujik” böhranı yaşanır. Klassik mənada rus “mujiki” yoxa çıxdığından Aleksandr Duqin kimi çoxbilmişlər və Vladimir Solovyov kimi avantüristlər at oynadır. Bu ideoloqlar hesab edirlər ki, Rusiya imperiyadır və onun daxilində yalnız ruslar hegemon statusda qalmalıdır. Üstəlik, keçmiş  SSRİ-nin digər əraziləri Moskvanın koloniyasıdır və onların mərkəzə tabeçiliyini təmin etmək vacibdir.

Bu ideoloqlar nasizm və kommunizm ideologiyaları əsasında özlərinin yeni ideoloji modelini formalaşdırıblar. Ən pisi də odur ki, bu ideologiyanın tezisləri Rusiyanın hakim dairələri tərəfindən əhalini bir mərkəz ətrafında saxlamaq üçün əsas vasitə kimi qəbul olunur.


Yeni konsepsiyanın əsas sütunu pravoslav xristianlığı, ən ali etnos isə ruslar hesab olunur. Digər xalqlar vassal və potensial təhlükə mənbəyi kimi təqdim edilir. Bu xalqlara qarşı sərt “zopa siyasəti” dəstəklənir.

Yeni Rus ideologiyasının ən qorxunc tərəfi odur ki, rus elitası bir zamanlar eyni dövlətdə onlarla birgə yaşayan xalqlara özlərinin vassalı, xidmətçiləri kimi baxırlar. Belə olmasa idi 1991-ci ildə SSRİ dağılandan sonra Moskva digər ittifaq respublikalaraına hörmətlər yanaşardı.

Halbuki Rusiya ilə bütün körpüləri yandıran Baltikyanı ölkələrə patoloji nifrət bəslənilir. Bu 3 ölkəni cəzalandırmaq üçün Kreml fürsət axtarır. O ki qaldı digər Sovet respublikalarına, onlara qarşı münasibət hələ də düzəlməyib. Moskva Qazaxıstan, Ermənistan, Belarus və Orta Asiya ölkələrini KTMT və Aİİ boyunduruğuna salıb. Bu ölkələrdə öz istəklərini çətinlik çəkmədən həyata keçirib.

Digər “üsyankar” ölkələrsə müxtəlif cəzalara məruz qalıb. Ukraynanın əvvəlcə 20 faiz, sonra isə daha çox ərazisi işğal olundu. Moldava və Gürcüstanda separatizm ocaqları alovlandırılıb. Hər iki ölkənin bir sıra əraziləri birbaşa Moskvanın nəzarətindədir.

Azərbaycana qarşı iyrənc planlar

SSRİ dağıldıqdan sonra ilk separatizm ocağı yandırılan respublikalardan bir də Azərbaycan oldu. Hələ SSRİ dağılmazdan qabaq Azərbaycanın Qarabağ bölgəsində separat bir qurum təsis edildi. Daha sonra rus qoşunlarının dəstəyi ilə Azərbaycanın 20 faiz ərazisi işğal edildi. 30 il ərzində Moskva bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdi. Nəhayət 44 günlük müharibə nəticəsində Azərbaycan Rusiyanın təzyiqlərindən və torpaqlarımızsa işğaldan azad edildi.
 

Lakin Rusiya bu ağır itki ilə barışmaq istəmədi və Azərbaycana qarşı yeni təxribatçı planlar hazırlandı. Təxribatçı planlar bütün istiqamətlərdə işləyirdi. Azərbaycandan idxal olunan məhsullar müxtəlif bəhanələrlə müsadirə edilirdi. Azərbaycanlılara qarşı diskriminasiya halları güclənirdi. Bu ölkədə yaşayan soydaşlarımız heç bir hüquqi əsas olmadan incidilirdi.


Nəzərə alaq ki, Rusiyada hər bir xalqa qarşı “xüsusi” bir yanaşma var. Məsələn, taciklər potensial terrorçu, özbək və azərbaycanlılar isə zorakı ünsürlər kimi təqdim olunur.

Yekaterinburqda baş verən son hadisə də bu yanaşmanın bir seqmentidir.

Guya ki, şəhərdə yaşayan bir qrup azərbaycanlı 25 il əvvəl törədilmiş hansısa kriminal hadisədə şübhəli biliniblər.

Amma bu “şübhəlilər”ə nədənsə hər hansı çağırış vərəqəsi təqdim edilməyib. Əksinə “şübhəlilərə” qarşı adəti üzrə zorakı metod seçilib. Üstəlik, basqında iştirak edən güc strukturlarının siyahısına baxarkən aydın görünür ki, bu sıradan bir əməliyyat deyil. Ruslar üçün hansısa bir “şübhəli”ni təcrid etmək əsas hədəf olmayıb. Hədəf fürsətdən istifadə edib azərbaycanlıların növbəti dəfə “gözünü qorxutmaq” olub. Belə olmasa idi, günahsız, yaşlı qadın döyülüb təhqir edilməz, digər “şübhəlilər” vəhşicəsinə öldürülməzdi.

İstintaqa gətirilən digər soydaşlarımızın bədənlərində işgəncə izləri açıq şəkildə görünür. Sanki Rusiyanın xüsusi xidmət orqanları işgəncə izlərin qəsdən nümayiş etdirir, kimlərəsə dərs vermək istəyir.
 

Əslində “zopa siyasəti” Rusiyanın mahiyyəti, gizlətmək istədiyi sifətidir. 30 ildir ki, Rusiyada polis də, FSB də özünü kriminal ünsür kimi aparır. Hara gəldi soxulur və bu özbaşnalıq üçünsə hansısa sığorta hərəkətləri- order təqdim edilmir.


Ukrayna ilə başlayan müharibədən sonra isə vəziyyət daha kriminal xarakter alıb. Xüsusi xidmət orqanları davamlı olaraq kafe-restoranlara və digər ictimai yerlərə basqınlar təşkil edirlər. Bu basqınlar zamanı ələ keçirilən miqrantlar döyülüb təhqir edilir. Sonra isə separat danışığa gedilir. Əgər saxlanılanın maddi imkanı varsa, o zaman böyük pullar müqabilində o sərbəst buraxılır. Əks-təqdirdə isə saxlanılanlar məcburi şəkildə döyüş bölgəsinə göndərilir. Bu isə heç bir qanuna və insan haqlarına uyğun gəlmir.

Qanunla saxlanılan miqrantın sənədi qaydasında deyilsə, o zaman o ölkədən deportasiya edilir. Ruslarsa əksinə pulu olmayan miqrantı sorğu-sualsız ölüm səngərinə göndərilir. Bunu rəsmi qurumlar da etiraf edir. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin dəfələrlə miqrantların müharibəyə cəlb edildiyini açıq şəkildə bildirib. Bu isə beynəlxalq hüququ və insan haqlarını ayaqlar altına atmaq deməkdir.

Son təxribatların hədəfi nədir?

44 günlük müharibədən sonra Azərbaycan daha qətiyyətli siyasət yürüdür. Milli və dövlət maraqlarını əsa götürən Azərbaycan regional oyunçu kimi proseslərdə aktiv iştirak edir. Bu da təbii ki, Rusiyanın siyasi dairələrinin xoşuna gəlmir. Baxmayaraq ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Bununla belə Kremldəkilər öz tərəfdaşlarına yuxarıdan aşağı baxmaqda davam edirlər. Bunu açıq siyasi müstəvidə göstərməyə cəsarət edə bilməsələr də fürsət düşdükcə xəbis niyyətlər biruzə verilib.

2024-cü ilin dekabr ayının 25-də Rusiya səmasında Azərbaycana məxsus mülki təyyarənin vurulması bunun sübutudur. Hadisədən 6 ay keçməsinə baxmayaraq Rusiya tərəfdən məsələyə hüquqi qiymət verilməyib. Cinayətkarlar isə hələ də azadlıqdadır. Bu faktın özü göstərir ki, Moskva digər respublikalar kimi Azərbaycana da özlərinin “arxa bağçası” kimi baxır.

Yaxud bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması və onun arzuolunmaz şəxs elan edilməsi də məkrli planların növbəti halqasıdır.

Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumun arxasında Rusiyanın dayanması da məyusedici məqamlardan biridir.

Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycanın güclənməsini Rusiya qəbul edə bilmir. Ona görə də Azərbaycanı öz qətiyyətindən döndərmək üçün belə cılız və bəsit variantlara əl atır. Amma bütün bunlar əbəsdir. Azərbaycanı öz qətiyyətindən heç bir terror və təxribat döndərə bilməz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA iki klubu Avrokuboklardan KƏNARLAŞDIRDI

UEFA iki klubu Avrokuboklardan KƏNARLAŞDIRDI

“Biz hər addımda qurbanlar vermişik və təəssüf ki, onların böyük qismini Rusiya zülmünə vermişik” - VİDEO

“Biz hər addımda qurbanlar vermişik və təəssüf ki, onların böyük qismini Rusiya zülmünə vermişik” - VİDEO

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İTV-dən Kənan MM-in iddialarına CAVAB

“Sabah” fransalı futbolçu ilə müqavilə bağladı

“Sabah” fransalı futbolçu ilə müqavilə bağladı

Hərbi Məhkəmədə TARİXİ PROSES: Arayikgil yenidən hakim qarşısında

Hərbi Məhkəmədə TARİXİ PROSES: Arayikgil yenidən hakim qarşısında

Paşinyan Aİ rəsmisinə Azərbaycanla sülh prosesi barədə MƏLUMAT VERDİ

Paşinyan Aİ rəsmisinə Azərbaycanla sülh prosesi barədə MƏLUMAT VERDİ

Qurban Qurbanov: “Bəzi səhvlərimiz oldu”

Qurban Qurbanov: “Bəzi səhvlərimiz oldu”

Hava limanında duyğulu anlar - VİDEO

Hava limanında duyğulu anlar - VİDEO

Rəsmi Tehran Kiyevə NOTA GÖNDƏRDİ

Rəsmi Tehran Kiyevə NOTA GÖNDƏRDİ

“Kristall Palas”ın yetirməsi Azərbaycan klubu ilə müqavilə İMZALADI

“Kristall Palas”ın yetirməsi Azərbaycan klubu ilə müqavilə İMZALADI

Bu vitamin dərinin qocalmasını LƏNGİDİR

Bu vitamin dərinin qocalmasını LƏNGİDİR

Rusiyada qətlə yetirilən qardaşların meyiti yaxınlarına təhvil verildi - VİDEO

Rusiyada qətlə yetirilən qardaşların meyiti yaxınlarına təhvil verildi - VİDEO

Birinci Liqada “Səbail”in büdcəsi nə qədər olacaq?

Birinci Liqada “Səbail”in büdcəsi nə qədər olacaq?

Aynişan bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİRMİŞ - VİDEO

Aynişan bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİRMİŞ - VİDEO

Yekaterinburqda öldürülən soydaşlarımızın nəşi yenidən ekspertizaya GÖNDƏRİLƏCƏK

Yekaterinburqda öldürülən soydaşlarımızın nəşi yenidən ekspertizaya GÖNDƏRİLƏCƏK

Yekaterinburqda öldürülən soydaşlarımızın cənazələri Azərbaycana GƏTİRİLDİ - FOTO/VİDEO

Yekaterinburqda öldürülən soydaşlarımızın cənazələri Azərbaycana GƏTİRİLDİ - FOTO/VİDEO

"Qarabağ" "Zirə"yə böyük hesabla QALİB GƏLDİ

"Qarabağ" "Zirə"yə böyük hesabla QALİB GƏLDİ

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri APARILDI

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri APARILDI

Yekaterinburqda rusiyalı jurnalistlər soydaşlarımızın restoranında İNSİDENT TÖRƏTDİLƏR - ANBAAN VİDEO

Yekaterinburqda rusiyalı jurnalistlər soydaşlarımızın restoranında İNSİDENT TÖRƏTDİLƏR - ANBAAN VİDEO

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

End of content

No more pages to load

RADİO