İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə təşəkkürlərini çatdırıb.
Bizim.Media xəbər verir ki, Dəmirçilu bu barədə Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən bildirib.
Səfir qeyd edib ki, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.
Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Bizim.Media