İranın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladıb, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib.
 

Prezident İlham Əliyev vurğulayıb ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.


Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırıb. Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olunub.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Türkiyə və Ermənistan nazirləri görüşüb

Türkiyə və Ermənistan nazirləri görüşüb

Qarpızı bununla yemək daha faydalıdır

Qarpızı bununla yemək daha faydalıdır

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

Benzinlə bağlı VACİB XƏBƏR

Benzinlə bağlı VACİB XƏBƏR

“Sabah”dan yeni transfer

“Sabah”dan yeni transfer

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Rusiya və İran arasında uçuşlar bərpa edildi

Rusiya və İran arasında uçuşlar bərpa edildi

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Qara istiotun bilmədiyimiz FAYDALARI

Qara istiotun bilmədiyimiz FAYDALARI

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

İlon Maska növbəti ZƏRBƏ

İlon Maska növbəti ZƏRBƏ

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…

Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…

End of content

No more pages to load

RADİO