AZƏRBAYCAN ORDUSU – Dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran QƏHRƏMANLAR

Bu gün xalqımız Silahlı Qüvvələr Gününü böyük qürur və fəxrlə qeyd edir.

1918-ci ilin 26 iyununda Şərqin və müsəlman dünyasının ilk demokratik dövləti olan Azərbaycan öz silahlı qüvvələrini təsis etdi. O gündən bu günə qədər ordumuz çox keşməkeşli yol keçib.

Bu inkişaf yolunun kuliminasiyası isə 2020-ci ilin payızında yaşandı...

Həmin günlər elə bir tarixdir ki, onunla təkcə Azərbaycan xalqı deyil, bütövlükdə Türk dünyası qürur duyur. 44 gün ərzində xalqımız bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə dünya güclərinin üstünə getdi. Nəticədə, ABŞ, Rusiya və Avropa dövlətlərini yeni dünya düzənində Azərbaycan reallıqları ilə barışmağa məcbur etdik.

30 il ərzində Minsk qrupu üçlüyü - ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlərin geosiyasi maraqları ucbatından torpaqlarımızı “atəşkəs” adı ilə Ermənistanın işğalı altında saxlanılmasına son qoyduq.

44 gündə düşmənə vurulan sarsıdıcı zərbə

Müzəffər Azərabycan Ordusu 44 gündə Ermənistan ordusunun onurğasını qırdı. 6 həftəlik döyüşdə düşmənin 53 tank əleyhinə silahı, dörd ağır raket atıcı “Smerç”, iki taktiki-əməliyyat raket sistemi “Elbrus”, 97 çoxsaylı “Qrad” raket sistemi, iki özüyeriyən “Uraqan” roketatan, “TOS” termobarik silahını, yeddi S-300 hava müdafiə sistemini, ayrıca beş TOR hava hücumundan müdafiə sistemini, 40 OSA hava müdafiə sistemini, 14 ZASTAVA hava müdafiə sistemini, 22 pilotsuz hava vasitəsini və 5 elektron sistemini sıradan çıxardı.

Bundan əlavə, Azərbaycan Ordusu 5 Su-25 hücum təyyarəsini, 287 tankı, 69 piyadaların döyüş maşını, 28 Akatsia və Qvozdika özüyeriyən artilleriya qurğusunu, 315 müxtəlif çaplı silahı, 63 minaatan, 252 yük maşını və 10 xüsusi texnikanı, həmçinin 7 komanda məntəqəsini məhv etdi. Məhv edilmiş bu qədər texnikalardan əlavə Azərbaycan ordusu qənimət olaraq yüzlərlə hərbi texnika, o cümlədən 79 tank, 47 piyada döyüş maşını, 5 Akatsia və Qvozdika özüyeriyən artilleriya dəsti, 37 müxtəlif çaplı silah, 62 minaatan, 178 qumbaraatan, 270  yük maşını, 93 xüsusi texnika, 5 Şilka zenit silahı, 1380 atıcı silah və onlarla digər silahları ələ keçiridi.

Ümumilikdə 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistanın dəyəri 4 milyard dollardan artıq olan hərbi texnikasını məhv etdi və yaxud qənimət kimi ələ keçirdi. Bütün bunlarsa Ermənistan ordusunun silah-sursat arsenalının təxminən 70 faizi deməkdir. Bu rəqəm Ermənistanın ÜDM–nin 25 faizinə bərabərdir. Bu rəqəm Ermənistanın illik dövlət büdcəsindən xeyli böyük idi.

Dünya tarixinə qızıl hərflərlə yazılan zəfər

Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində də mühüm izlər qoydu.

Qanlı döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

44 günlük müharibədə Azərbaycan ordusunun seçdiyi taktika dünyanın hərb tarixində bir yenilik idi. Az qüvvə ilə düşmənin arxasına keçən döyüşçülərimiz qısa zamanda düşmən xətlərini pozdu və məşhur “Ohanyan səddi”ni fiaskoya uğratdı.

Şuşanın alınması isə başqa bir qəhrəmanlıq dastanıdır...

Xüsusi təyinatlılarımız keçilməz dağlı ərazidən və qalın meşədən keçərək böyük ordunun qərar tutduğu Şuşanı çox qısa zamanda fəth etdi.
 

Təsadüfi deyil ki, Azərbaycan ordusunun şücaəti o günlər dünyanın gündəmini zəbt etmişdi. 44 günlük savaşı xarici hərbi ekspertlər və nəşrlər gah “Ulduz müharibəsi”, gah “PUA döyüşü”, gah da ki, “təmassız döyüş” adlandırıdı.


Və böyük qələbədən sonra hətta Qərbin aparıcı dövlətlərinin ordu rəhbərliyi Azərbaycan ordusunun təcrübəsini öyrənməyə başladı. Bu həm də ordumuzun Beynəlxalq aləmdə reytinqinin artmasına səbəb oldu. Eləcə də xalqımızın döyüşkən ruhu bütün dünyaya nümayiş etdirildi. Təsadüfi deyil ki, 2022-ci ildə Vətənləri uğrunda döyüşməyə hazır olan xalqların adları açıqlananda maraqlı bir mənzərə ilə üzləşdik.

“Gallup”un keçirdiyi sorğuda Azərbaycan birinci yerdə qərarlaşıb.

Azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Maraqlıdır ki, sorğuda Ermənistan sondan 4-cü yeri tutub. Ermənilərin yalnız 18 faizi ölkələri üçün döyüşmək istəyir.

Bu sorğunun nəticələri daha bir faktı təsdiqləmiş oldu. 44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər də olsun fərari qeydə alınmadı. Amma rəsmi məlumatlara görə, Ermənistan ordusunda 11 mindən artıq fərari var idi.

Tarixi zəfərin davamı

44 günlük müharibə ərazi bütövlüyümüzü bərpa etsə də, suveren hüquqlarımız bütün ərazilərimizdə bərpa olunmamışdı. Xankəndi və ətraf ərazilərdə Ermənistan ordusunun təxribatçı dəstələri qalmaqda idi. Həmin dəstələr davamlı olaraq Azərbaycan ordusu və dinc sakinlərə qarşı təxribatlara əl atırdılar.
 

Belə təxribatlardan biri də 3 avqust 2022-ci ildə törədildi. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərirdilər.


Azərbaycan Ordusu bölmələrinin 3 avqust 2022-ci ildə keçirdiyi “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürdü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının çox sayda canlı qüvvəsi məhv edildi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarıldı.

Təxribatlar yenə də bitmədi...

Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı son və qəti həmləni 2023-cü ilin 19-20 sentyabrında etdi. Sakitləşmək bilməyən erməni millətçi-tə­cavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərin­də yerləşdirdiyi minalara görə 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomobil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əmək­daşı həmin rayon ərazisində mina qurbanı ol­dular. 

Bunun ardınca sentyabr ayının 19-da saat 11:45 ra­dələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Ru­siya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermə­nistan silahlı qüvvələrinin bölmələri tərəfin­dən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.

Suverenliyimizin tam bərpasına gedən yolda son addım

Bu özbaşnalığın qarşısını almaq üçün Ali Baş Komandanın göstərişi ilə 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da antiterror tədbirləri başladı. Antiterror tədbirləri xüsusi ola­raq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura zi­yan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi.

Bəlli idi ki, antiterror əməliyyatının başlanması ərəfə­sində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq minaatan mövqeləri var idi. Bunlardan başqa erməni hərbi qüvvələrinin ixtiyarında ondan yer-hava raket sistemləri, 6 radiolokasiya stansiyası, 20-dən artıq radioelektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi. 
 

Ali Baş Komandanı İlham Əliyev müəy­yənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Mülki əhaliyə heç bir ziyan vurulmadan Xankəndi və ətraf ərazilərdəki terror şəbəkələri və erməni hərbi birləşmələri məhv edildi.


Antiterror tədbirlərindən bir neçə gün sonra Xankəndindəki separatçı qurum da özünü buraxdı. Bununla da Azərbaycan bütün ərazilərdə öz suveren hüquqlarını bərpa etmiş oldu.

Beləcə Azərbaycan Silahlı Qüvvələri mümkünsüzü mümkün etdi...

Ona görə də bu gün Silahlı Qüvvələr Günü böyük təntənə ilə, el bayramı kimi qeyd edilir. Təbii ki, bu gün şəhidlərimiz də unudulmur. Şəhidlərimizin əziz xatirəsi böyük ehtiram və hörmətlə yad edilir.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

Binə ticarət mərkəzi işıqsız QALDI

Binə ticarət mərkəzi işıqsız QALDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

“Mixaylo”nun atası vəfat etdi - FOTO

“Mixaylo”nun atası vəfat etdi - FOTO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

Bu BÜRCLƏR ilin sonuna qədər əsl sevgisinə QOVUŞACAQLAR

Bu BÜRCLƏR ilin sonuna qədər əsl sevgisinə QOVUŞACAQLAR

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatdı

Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatdı

Reklamdan 45 MİLYON alacaq

Reklamdan 45 MİLYON alacaq

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

"Yaşayan Nostradamus"dan Putinlə bağlı ŞOK PROQNOZ

"Yaşayan Nostradamus"dan Putinlə bağlı ŞOK PROQNOZ

50 manat ödə – vur, sındır! – Azərbaycanda yeni qazanc mənbəyi yaranır?

50 manat ödə – vur, sındır! – Azərbaycanda yeni qazanc mənbəyi yaranır?

Millimizin üzvü oynadı, komandası mərhələ adladı

Millimizin üzvü oynadı, komandası mərhələ adladı

Sabah yollar buz bağlayacaq

Sabah yollar buz bağlayacaq

“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO

“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

“Linkə daxil ol, 850 manat qazan” — Son günlərin dələduzluğu - VİDEO

“Linkə daxil ol, 850 manat qazan” — Son günlərin dələduzluğu - VİDEO

Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışdı

Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışdı

End of content

No more pages to load

RADİO