Leyla Əliyeva məzun günündə - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

Bizim.Media xəbər verir ki, məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətlərini qeyd etmək məqsədilə keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. Təhsil alan gənc qızların qazandığı uğurlar gələcək nəsillərə nümunədir. Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir.

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sisteminin bütün pillələrində geniş təmsil olunması yalnız gender bərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosial inkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinə yönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.

Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilik ənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətin sosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır.

Cəmiyyətin inkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosial inkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğu kişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsi deməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıq çərçivəsində təhsilə dəstək göstərməsi vacibdir.

Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayan qızların təhsilə çıxış imkanlarını artırmaqla sosial bərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib. O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətli milli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icra olunmaqdadır:

“Bu müddət ərzində layihə çərçivəsində təxminən 350 sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edib. Əsas məqsəd sosial bərabərliyi təşviq etmək və aztəminatlı ailələrdən olan qızların ali təhsilə çıxışını genişləndirməkdir. Bu təşəbbüs gənc qadınların cəmiyyətə inteqrasiyasını və peşəkar inkişafını dəstəkləyir. Eyni zamanda, Fondun həyata keçirdiyi digər bir təşəbbüs – “Parla” təqaüd və inkişaf proqramına 2023–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə 1465 müraciət daxil olub, onlardan yalnız 100 nəfər proqramdan faydalanmaq imkanı qazanıb. Seçilənlər arasında 5 nəfər şəhid ailəsi üzvü, şəhid yoldaşıdır.

Hazırda 14 nəfər proqram məzunu var və onlardan 4-ü artıq işlə təmin olunub”.

E.Nəsibov, həmçinin vurğulayıb ki, Fondun icra etdiyi bu cür sosialyönümlü təşəbbüslərdə özəl sektorun dəstəyi mühüm rol oynayır.

Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə, həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan müəmmalı PAYLAŞIM: “Sülh yetişdi!" - FOTO

Trampdan müəmmalı PAYLAŞIM: “Sülh yetişdi!" - FOTO

Aysunun keçmiş ərinin toyundan yeni FOTOLAR

Aysunun keçmiş ərinin toyundan yeni FOTOLAR

Günün QOROSKOPU: Emosiyalarla yox, məntiqlə hərəkət edin

Günün QOROSKOPU: Emosiyalarla yox, məntiqlə hərəkət edin

“Real”ın futbolçusu əməliyyat olunacaq

“Real”ın futbolçusu əməliyyat olunacaq

DİQQƏT: Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

DİQQƏT: Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

"Şamaxı" "Kəpəz"lə QARŞILAŞACAQ

"Şamaxı" "Kəpəz"lə QARŞILAŞACAQ

Efirdə ŞOK İDDİA: Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb - VİDEO

Efirdə ŞOK İDDİA: Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb - VİDEO

Qusarda Dövlət Qulluqçularının Peşə bayramı Günü qeyd olundu - FOTO

Qusarda Dövlət Qulluqçularının Peşə bayramı Günü qeyd olundu - FOTO

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları - VİDEO

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları - VİDEO

Bakıdan Qətərə uçan təyyarə GERİ QAYITDI

Bakıdan Qətərə uçan təyyarə GERİ QAYITDI

"Sabah" - "Selye" oyununun biletləri SATIŞDA

"Sabah" - "Selye" oyununun biletləri SATIŞDA

Pezeşkian: “İrana vurulan hər yaraya görə iman və qətiyyətlə cavab verəcəyik"

Pezeşkian: “İrana vurulan hər yaraya görə iman və qətiyyətlə cavab verəcəyik"

Leyla Əliyeva Xızıdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Xızıdan paylaşım etdi - FOTO

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir - KİV

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir - KİV

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Şəhərlərimizin bombalanması əmrini Ermənistan rəhbərliyi veribmiş - TƏSDİQLƏNDİ

Şəhərlərimizin bombalanması əmrini Ermənistan rəhbərliyi veribmiş - TƏSDİQLƏNDİ

İranın müdafiə naziri rusiyalı həmkarı ilə DANIŞDI

İranın müdafiə naziri rusiyalı həmkarı ilə DANIŞDI

Nüşabədən tənqidlərə CAVAB: “Nə edirəm, əcəb edirəm” - VİDEO

Nüşabədən tənqidlərə CAVAB: “Nə edirəm, əcəb edirəm” - VİDEO

İranın raket hücumlarından sonra Dohada SON VƏZİYYƏT - VİDEO

İranın raket hücumlarından sonra Dohada SON VƏZİYYƏT - VİDEO

Bu ölkələr hava məkanını BAĞLADI

Bu ölkələr hava məkanını BAĞLADI

Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Azyaşlı oğlunun qəlyan çəkən videosunu paylaşdı - VİDEO

Azyaşlı oğlunun qəlyan çəkən videosunu paylaşdı - VİDEO

End of content

No more pages to load

RADİO