Paşinyandan ikibaşlı ZƏNGƏZUR AÇIQLAMASI – “Turan” dəhlizi, “Dünyanın kəsişməsi”, yaxud da...

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, “Dünyanın kəsişməsi” layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.

O, İstanbulun erməni icması ilə görüşündə “Zəngəzur dəhlizi” və ya “Turan dəhlizi” ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara boyun əyməməyə çağırıb.

"Bizim məntiqimizi, hədəflərinin "Turan" olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu "Dünyanın kəsişməsi" layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin?”,-Ermənistanın baş naziri bildirib.

Eyni zamanda, Paşinyan təkrar edib ki, Zəngəzur dəhliziolmayacaq, “Sülh yollarının kəsişməsi” olacaq.

Baş nazir həmçinin, “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu “Zəngəzur dəhlizi”nin açılışı kimi şərh edəcəyinə hazır olmağa da çağırıb.

Xatırladaq ki, Ermənistan hökuməti sözdə dəhlizin açılmasını istədiklərini elan etsələr də, bu günə qədər işə gələndə müxtəlif bəhanələrlə onun reallaşmasını uzatmağa çalışıb.

Bu fonda son açıqlamasından da göründüyü kimi, Paşinyan yenə də Zəngəzur dəhlizilə bağlı ikibaşlı danışır.

Olmaya prosesi uzatmaq üçün Paşinyan indi də bu yola əl atmağı hədəfləyib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Paşinyanın dəhlizlə bağlı prosesi uzatmaq cəhdləri gələn ilin iyununda ölkəsində keçiriləcək parlament seçkilərilə bağlıdır:

“Paşinyanın Türkiyəyə səfəri çərçivəsində oradakı erməni icması ilə görüşdə Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikir təbii ki, birmənalı qarşılanmır. O, yenə də bu məsələdə “nala, mıxa vurmaqla” məşğuldur. Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret mövqe bildirmir. Ümumiyyətlə o, Zəngəzur ifadəsini belə işlətmək istəmir. Ona görə də kommunikasiyaların bərpası ideyasından danışır”.

Deputat deyir ki, əslində Paşinyan dəhlizin açılmasına razıdır:

“Söhbət onun təhlükəsizlik məsələlərindən gedir. Azərbaycan gömrük və sərhəd yoxlamaları olmadan bu ərazidən istifadə məsələsini gündəmə gətirir. Ermənistan isə buan əks mövqedə dayanıb. Bir də təhlükəsizlik məsələsində İrəvanla Moskva arasında ciddi anlaşılmazlıq mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Paşinyan üçün bu gün bir nömrəli məsələ 2026-cı ilin 7 iyun parlament seçkilərində qalib gəlməkdir:

“Əsas məsələ budur. O bilir ki, seçkilər yaxınlaşdıqca revanşistlərin Paşinyana təsiri artacaq. O, qarşısındakı əsas maneələrdən biri kimi revanşizmin ideoloji mərkəzi olan erməni Apostol kilsəsində görür. Ona görə də Paşinyanın bir nömrəli hədəfi seçkiyə qədər II Qaregin amilini sıradan çıxarmaqdır. Artıq Koçaryan, Sarkisyan amillərini sıradan çıxarıb. İndi isə onun üçün II Qaregin əsas maneədir. Paşinyan onu da sıradan çıxarmaq üçün səy göstərir və hədəfinə çatacağı istisna deyil.

Fikrimcə, Paşinyandan sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımları 2026-cı ilin 7 iyun parlament seçkilərindən sonra gözləyə bilərik. Bu daha ağlabatandır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR - VİDEO

Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR - VİDEO

Rəqsanə DİQQƏT ÇƏKDİ: “O Xalq artisti hər şeyi danışacaq” - VİDEO

Rəqsanə DİQQƏT ÇƏKDİ: “O Xalq artisti hər şeyi danışacaq” - VİDEO

Zelenski Haaqa məhkəməsinin iclasında Putini HƏDƏLƏDİ - VİDEO

Zelenski Haaqa məhkəməsinin iclasında Putini HƏDƏLƏDİ - VİDEO

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

48 yaşlı məmur iş yerində öldü - FOTO

48 yaşlı məmur iş yerində öldü - FOTO

Şəhərlərarası avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Şəhərlərarası avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Beş NATO ölkəsi Rusiya ilə sərhəd boyu əraziləri minalamağa razılıq verib - KİV

Beş NATO ölkəsi Rusiya ilə sərhəd boyu əraziləri minalamağa razılıq verib - KİV

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər - FOTO

Musleranın yeni klubu RƏSMİLƏŞDİ

Musleranın yeni klubu RƏSMİLƏŞDİ

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Azərbaycan-İran sərhədində havada radioaktiv çirklənmə qeydə alınmayıb - BİRGƏ MƏLUMAT

Azərbaycan-İran sərhədində havada radioaktiv çirklənmə qeydə alınmayıb - BİRGƏ MƏLUMAT

"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti UZADILDI

"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti UZADILDI

“Beşiktaş” ingiltərəli hücumçunu transfer etmək İSTƏYİR

“Beşiktaş” ingiltərəli hücumçunu transfer etmək İSTƏYİR

Fransada DƏHŞƏT: Musiqi Bayramında 145 nəfərə qəfil iynə vurdular - FOTO

Fransada DƏHŞƏT: Musiqi Bayramında 145 nəfərə qəfil iynə vurdular - FOTO

Əli Əsədovdan Böyük Qayıdışla bağlı SƏRƏNCAM

Əli Əsədovdan Böyük Qayıdışla bağlı SƏRƏNCAM

Respublika fənn olimpiadalarının qalibləri MÜKAFATLANDIRILDI – FOTO

Respublika fənn olimpiadalarının qalibləri MÜKAFATLANDIRILDI – FOTO

Azərbaycandan Qazaxıstana getmək istəyənlərin NƏZƏRİNƏ: Müntəzəm bərə reysləri açılır

Azərbaycandan Qazaxıstana getmək istəyənlərin NƏZƏRİNƏ: Müntəzəm bərə reysləri açılır

Bərdədə oğul atalığı ilə dalaşan ANASINI BIÇAQLADI

Bərdədə oğul atalığı ilə dalaşan ANASINI BIÇAQLADI

Ukrayna ABŞ-sız nə qədər davam gətirə bilər? - Qərbin PROQNOZU

Ukrayna ABŞ-sız nə qədər davam gətirə bilər? - Qərbin PROQNOZU

Prezidentdən MİDA ilə bağlı FƏRMAN

Prezidentdən MİDA ilə bağlı FƏRMAN

Rusiyada miqrantlara qarşı YENİ TƏKLİF - Bu şəxslər deportasiya EDİLƏ BİLƏR

Rusiyada miqrantlara qarşı YENİ TƏKLİF - Bu şəxslər deportasiya EDİLƏ BİLƏR

Erməni jurnalist Anna Akopyanı məhkəməyə verdi

Erməni jurnalist Anna Akopyanı məhkəməyə verdi

“Sabah”dan növbəti TRANSFER

“Sabah”dan növbəti TRANSFER

ABŞ rəsmilərinə WhatsApp-dan istifadə qadağan edildi – Nə baş verib?

ABŞ rəsmilərinə WhatsApp-dan istifadə qadağan edildi – Nə baş verib?

End of content

No more pages to load

RADİO