Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
"Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib.
Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.
Bizim.Media