Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. 

Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur.
 

Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.


Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. 

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. 

Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri AÇIQLANDI

5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri AÇIQLANDI

“Crocus” cinayətinin İSTİNTAQI YEKUNLAŞDI - Ukrayna naminə…

“Crocus” cinayətinin İSTİNTAQI YEKUNLAŞDI - Ukrayna naminə…

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

Böyük Qayıdışa dair II Dövlət Proqramının yekunlaşdırılması üçün vaxt qrafiki MÜƏYYƏNLƏŞİB

Böyük Qayıdışa dair II Dövlət Proqramının yekunlaşdırılması üçün vaxt qrafiki MÜƏYYƏNLƏŞİB

Cəlilabadda minik maşını motosikletlə toqquşdu, xəsarət alan var - FOTO

Cəlilabadda minik maşını motosikletlə toqquşdu, xəsarət alan var - FOTO

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas KEÇİRİLDİ

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas KEÇİRİLDİ

"Liverpul"la müqavilə bağlamağa getdi - FOTO

"Liverpul"la müqavilə bağlamağa getdi - FOTO

Aİ Şurası Suriyanın keçid hökumətini dəstəkləmə öhdəliyini TƏSDİQLƏDİ

Aİ Şurası Suriyanın keçid hökumətini dəstəkləmə öhdəliyini TƏSDİQLƏDİ

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

Məşhur müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Məşhur müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib – FOTO

“Benfika”nın yetirməsi “Turan Tovuz”da – FOTO

“Benfika”nın yetirməsi “Turan Tovuz”da – FOTO

Evinə təbii qaz çəkdirmək istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Evinə təbii qaz çəkdirmək istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Uşaq bağçalarında təhlükəsizlik - Kameraların quraşdırılması niyə GECİKİR?

Uşaq bağçalarında təhlükəsizlik - Kameraların quraşdırılması niyə GECİKİR?

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

“Sabah”la millimizin üzvü arasında YENİ MÜQAVİLƏ

“Sabah”la millimizin üzvü arasında YENİ MÜQAVİLƏ

Krımda DƏHŞƏT – Şir zoopark sahibini belə parçaladı – ANBAAN VİDEO

Krımda DƏHŞƏT – Şir zoopark sahibini belə parçaladı – ANBAAN VİDEO

Zelenskini Polşada öldürmək istəyiblərmiş - Sui-qəsd cəhdinin TƏFƏRRÜATI

Zelenskini Polşada öldürmək istəyiblərmiş - Sui-qəsd cəhdinin TƏFƏRRÜATI

Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Bəhruz Səmədova 15 il HƏBS VERİLDİ

Bəhruz Səmədova 15 il HƏBS VERİLDİ

Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO