Prezident Yevlaxda yeni sutəmizləyici qurğunun AÇILIŞINDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirilib ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb.

Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.

Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi.

Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya təlabatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib.

Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvanın bu hava limanları BAĞLANDI

Moskvanın bu hava limanları BAĞLANDI

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

Binə ticarət mərkəzi işıqsız QALDI

Binə ticarət mərkəzi işıqsız QALDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

“Mixaylo”nun atası vəfat etdi - FOTO

“Mixaylo”nun atası vəfat etdi - FOTO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

Bu BÜRCLƏR ilin sonuna qədər əsl sevgisinə QOVUŞACAQLAR

Bu BÜRCLƏR ilin sonuna qədər əsl sevgisinə QOVUŞACAQLAR

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatdı

Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatdı

Reklamdan 45 MİLYON alacaq

Reklamdan 45 MİLYON alacaq

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

"Yaşayan Nostradamus"dan Putinlə bağlı ŞOK PROQNOZ

"Yaşayan Nostradamus"dan Putinlə bağlı ŞOK PROQNOZ

50 manat ödə – vur, sındır! – Azərbaycanda yeni qazanc mənbəyi yaranır?

50 manat ödə – vur, sındır! – Azərbaycanda yeni qazanc mənbəyi yaranır?

Millimizin üzvü oynadı, komandası mərhələ adladı

Millimizin üzvü oynadı, komandası mərhələ adladı

Sabah yollar buz bağlayacaq

Sabah yollar buz bağlayacaq

“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO

“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

“Linkə daxil ol, 850 manat qazan” — Son günlərin dələduzluğu - VİDEO

“Linkə daxil ol, 850 manat qazan” — Son günlərin dələduzluğu - VİDEO

Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

End of content

No more pages to load

RADİO