“Naxçıvan Azərbaycandan ayrı düşəndən həyat səviyyəsi həmişə Azərbaycanın digər bölgələrindən aşağı olub. Bunun bir səbəbi orda əkin sahələrinin az olması, torpağın çox da münbit olmamasıdırsa, digər səbəbi məmurların çoxluğu idi”.
Bizim.Media xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
“Ümumilikdə müsbət dəyişiklər var. İstərdim ki, geniş ictimaiyyət müzakirələr aparsın ki, ümumiyyətlə, Naxçıvanda Muxtar Respublikanın saxlanmasına ehtiyac var, yoxsa yox.
Naxçıvan balaca yerdir. Əvvəllər bəlkə də bunu başa düşmək olardı, amma indi Zəngəzur yolu açılır, həm İran üzərindən qısa yol çəkilir. İnşallah ki, Zəngəzurdan da tezliklə yol açılar. Bizim Konstitusiyaya görə də Naxçıvan unitar dövlətdir. Bu baxımdan orda muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”, - deputat əlavə edib.
Günay Şahmar, Bizim.Media