Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi – FOTO

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən - Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "PR Azərbaycan” Gənclər Araşdırma Mərkəzinin rəhbəri Müşfiq Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli iştirak ediblər. 
 

Belarus tərəfdən - Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Aleynik, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının üzvü Aleksandr Lukyanov, media nümayəndələri iştirak ediblər. 


Tədbiri giriş sözü ilə açan xanım Natalya Koçanova Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında olan xoş münasibətlərin uzun illərə və tarixə söykəndiyini dedi:

"Bu gün biz dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi məmnuniyyətlə qeyd edirik. Təbii ki, bu, liderlərimizin apardığı siyasət sayəsində mümkün olub. Onlar hər şeyi edirlər ki, əlaqələrimiz inkişaf etsin, qarşılıqlı faydalı olsun, xalqlarımız dost olsun”.

Sonra Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev çıxış edərək Azərbaycan-Belarus əlaqələrinin inkişafından danışdı:

"Prezidentlərimiz bir-birinə hörmət edir, bir-birini qardaş hesab edirlər. Biz isə dost olmağa, problemləri problemsiz həll etməyə çalışmağa borcluyuq. Azərbaycan səfirliyi hər zaman gənclərin yanında olub və olacaq və bizdən asılı olanı nə varsa, hamısını reallaşdıracağıq".

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək ASGA-nın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu"ndan danışdı:
 

"İlk dəfədir ki, biz belə bir Forum reallaşdırırıq. Hesab edirik ki, bu Forum konkret istiqamətlər üzrə davam etməli, növbəti mərhələ Bakıda reallaşmalıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Hesab edirik ki, bizdə doğma olan Belarus gəncləri ilə çox işlər görə bilərik".


"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, bu əlaqələrin perspektivlərindən danışdılar:

"Bu gün ölkələrimiz arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkədə gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla belarus arasında gənclər siyasəti sahəsində əməkdaşlığın böyük potensialı var". 

Sonra Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gəclərinin media sahəsində əməkdaşlıq perspektivlərindən danışdı:

"Bu gün media dünyanın ən güclü silahına çevrilib. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkə gəncləri bu Forum çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar".

Sonda Belarus Parlamentinin sədri Natalya Koçanova və Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin iştirakı ilə Belarus Ümumrespublika Gənclər Şurası ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və "İslahatçı Gənclər” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı. (7news.az)






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Ərdoğan - Paşinyan görüşünün təfərrüatları AÇIQLANDI

Ərdoğan - Paşinyan görüşünün təfərrüatları AÇIQLANDI

AIDA-nın rəisi: “Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik” - FOTO

AIDA-nın rəisi: “Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik” - FOTO

“Beşiktaş” İtaliya millisinin üzvü ilə danışıq aparır

“Beşiktaş” İtaliya millisinin üzvü ilə danışıq aparır

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

Qaxda avtomobil YANDI

Qaxda avtomobil YANDI

End of content

No more pages to load

RADİO