Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gedib.
Bizim.Media xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan
Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Bizim.Media