Prezidentdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.
 

İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.


Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

Eyni zamanda ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının 2 rayonunda qaz olmayacaq

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

“Azərreyl” yeni transferini AÇIQLADI

“Azərreyl” yeni transferini AÇIQLADI

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

Bu gecə bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Bu gecə bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Qəbələdə qəza baş verib, xəsarət alanlar var

Qəbələdə qəza baş verib, xəsarət alanlar var

“Neftçi” Yunanıstan klubu ilə QARŞILAŞACAQ

“Neftçi” Yunanıstan klubu ilə QARŞILAŞACAQ

İsraildə avtobus yaşayış binasına ÇIRPILDI

İsraildə avtobus yaşayış binasına ÇIRPILDI

End of content

No more pages to load

RADİO